"Bu, karyeramdakı ən uğursuz mövsümdür"

18.05.2013 | 5917 dəfə oxunub

"Real"ın baş məşqçisi Joze Maurinyo Kral Kubokunun finalında "Atletiko"ya 1:2 hesabı ilə uduzduqları görüşü şərh edib. Stadium.az xəbər verir ki, Maurinyo cari mövsümü karyerasındakı ən uğursuz mövsüm hesab edib: "Atletiko" qələbəyə layiq deyildi. Amma onlar qələbə qazandılar və bu münasibətlə rəqibi təbrik edirəm. Uzun illərdi futbolun içindəyəm və hər nə qədər güclü məşqçi olmasına baxmayaraq, hər il uğur qazanan mütəxəssis tanımıram. Bu, karyeramdakı ən pis mövsümdür. Mövsüm ərzində cəmi 1 mükafat qazandıq ki, bu da nə "Real"ı, nə də məni qane edir. Mövsüm bizim üçün çox uğursuz alındı. İspaniya kubokunda finalda, Çempionlar Liqasında isə yarımfinalda uduzduq. La Liqada ikinci yeri tutduq və yalnız ölkə superkubokunu qazandıq. Bəlkə də kimsə bu nəticələri özü üçün uğurlu hesab edə bilər, amma mən belə düşünmürəm".

Portuqaliyalı mütəxəssis gələcək karyerasından da söz açıb: "Real"la hələlik daha 3 illik müqaviləm var. Klub prezidenti ilə gələcək karyeramı hələ müzakirə etməmişəm. Mətbuatda gündə yerimə 1 məşqçi gətirir ki, bunu da normal qarşılayıram. Adım "Çelsi" və digər komandalarla da yanaşı çəkilir. Amma mən səmimi olmağa söz verirəm. Nə vaxt ki, Pereslə danışıqlar masasına əyləşəcəyik, o zaman da gələcəyimlə bağlı qərarımı rəsmən ictimaiyyətə açıqlayacağam". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail