Con Toşak: "Azarkeşlərin çox fəxr edəcəyi bir komanda quracağıq"

18.05.2013 | 5251 dəfə oxunub

 “Xəzər Lənkəran” may ayının 20-də doğma arenasında “Rəvan”ı qonaq edəcək. Stadium.az xəbər verir ki, Premyer Liqanın sonuncu, XXXII turu ərəfəsində "Xəzər Lənkəran"ın baş məşqçisi Con Bencamin Toşak klubun rəsmi saytı vasitəsilə azarkeşlərə müraciət edib. Müraciətin mətnini təqdim edirik:

- Bir neçə gün sonra bu mövsümün son ev oyununu keçirəcəyik. Ona görə də bəzi məqamlar var ki, bunları bölüşməyin vaxtıdır. Mən, ilk növbədə azarkeşlərə minnətdaram. Onlar komandamızın cari mövsümdə uğursuz qrafik cızmasına rəğmən, daim bizə dəstək oldular. Ən vacib məqamda, ölkə kubokunun yarımfinalında komandamıza çox gərəkli olan möhtəşəm dəstəyi verdilər. Bundan başqa Lənkəranın insanları, stadionumuzun bütün kollektivi və o cümlədən klub rəhbərliyi mənə daha tez uyğunlaşmaqda yardımçı oldular. Bu məsələdə söz yox ki, onların isti münasibəti həlledici oldu. Buna görə də hər kəsə minnətdaram. Qarşıdakı mövsüm üçün indidən tərtib etdiyimiz müəyyən planlar var. Əminliklə deyirəm ki, planlarımızı, niyyətlərimizi həyata keçirə bilsək, azarkeşlərin çox fəxr edəcəyi bir komanda quracağıq. Mən, bu müraciəti etməklə sadəcə son ev oyunu öncəsi sadiq azarkeşlərimizə bir daha “çox sag ol” deməyi vacib saydım. Sizi həmişə yanımızda görmək bizə çox vacib və xoşdur!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail