"Bakı" Latviya çempionuna qalib gəldi

18.05.2013 | 4374 dəfə oxunub

Çimərlik futbol üzrə Avropa klublar kuboku uğrunda yarışların qrup mərhələsinin son turunda Latviya çempionu "Kreyss"lə qarşılaşan "Bakı" 5:4 hesablı qələbə qazanaraq yarışı 3-cü pillədə başa vurdu. Stadium.az xəbər verir ki, əvvəlki iki oyunda layiqli mübarizə aparan, ancaq güclü rəqiblərinə məğlub olan komandamız son qarşılaşmada Latviya çempionu üzərində əldə etdiyi qalibiyyətlə Avropa kubokunun final mərhələsində ilk qələbəsini reallaşdırdı. 
Oyun komandamızın böyük üstünlüyü şəraitindən keçib. İlk hissədə Vaqif Əliyev hesabı açaraq, "Bakı"nı hesabda irəli çıxarıb 1:0. Bunun ardınca iki dəfə fərqlənən Ramil Əliyev hesab arasındakı fərqi artırıb 3:0. Latviyalılar bu qollardan ikisinin cavabını verərək, fərqi minimuma endiriblər 2:3. 

Ikinci hissədə Əbdül Əliyev komandamızın 4-cü qoluna imza atıb 4:2. Oyunun sonlarında fəallaşan rəqiblər ardıcıl iki qol vuraraq, hesabı bərabərləşdirməyə nail olublar 4:4. Reqlamentə əsasən qalibi müəyyən etmək üçün əlavə vaxt təyin olunub.
Rəqibin cəhdlərinə baxmayaraq, belə son söz yenə də komandamıza məxsus olub. Dublunu reallaşdıran Əbdül Əliyev oyunda son nöqtəni qoyaraq, komandamızın qələbəsini təmin edib 5
:4.
Xatırladaq ki, "Bakı"nın mübarizə apardığı E qrupundan 1/4 final mərhələsinə hərəyə 2 qələbə qazanan İtaliyanın "Terraçina" və Polşanın "Qrombax" klubları yüksəlib. "Bakı" qrup mərhələsini 3-cü pillədə başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail