"Rəvan" sabah Lənkərana yola düşəcək

18.05.2013 | 4647 dəfə oxunub

"Rəvan” Premyer Liqanın cari mövsümündə sonuncu matçını Lənkəranda keçirəcək. Stadium.az xəbər verir ki, komanda 32-ci turun oyunu üçün hazırlıqlarını davam etdirir. Artıq futbolçular "Xəzər Lənkəran”la səfər matçı öncəsi Bakıda son məşqə də çıxdı.

"Bayıl Arena”da baş tutan səhər məşqində futbolçular isinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzərində çalışdı. Məşqin əsas hissəsi isə taktiki-texniki hazırlığa və toplu çalışmalara həsr edildi. Dar sahədə ani ötürmələr, pressinq altında topu özündə saxlama və qapıya zərbələr üzərində çalışdıqdan sonra futbolçular yarı meydanda ikitərəfli oyunda qüvvələrini sınadılar.

Qeyd edək ki, komanda sabah səhər oyunun keçiriləcəyi məkana - Lənkərana yola düşəcək. Səfər zamanı cəzalı durumda olan Nikolay Orlovski ilə Şəhriyar Rəhimov, o cümlədən zədə üzündən mövsümü erkən qapayan Tural Axundov komanda ilə birgə olmayacaq. Onların əvəzində əvəzedicilərdən Anar Həsənov, Cəmil Rəhimli və Əli Əliyev əsas komandaya cəlb olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail