Qurban Qurbanov: "Növbəti 15 gündə transferlərlə məşğul olacağıq"

19.05.2013 | 4935 dəfə oxunub

“Mövsümün bitməsi münasibəti ilə hamını təbrik edirəm. Gərgin və maraqlı mövsüm oldu, maraqlı oyunlar izlədik. Son matç olduğu üçün futbolçuların fikirləri oyunda deyildi. Buna baxmayaraq, komandanı bu oyuna hazırlaya bildik". Stadium.az xəbər verir ki, bu sözləri "Simurq"la oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis bərabərliyin ədalətli nəticə olduğunu qeyd edib: "Əsas odur ki, futbolçularda zədə olmadı. Qalib gəlmək istəyirdik, oyun üslubumuzdan əl çəkmədik. Oyunda qol imkanları bol olmasa da, hər iki komandanın düşünülmüş hücumlar var idi. Fikrimcə, bərabərlik ədalətli nəticədir. Oyunumuzda çatışmazlıqlar olub, var, olacaq. Bu, futboldur. Növbəti 15 gündə transferlərlə məşğul olacağıq. KİV nümayəndələrinə də təşəkkürümü bildirirəm, bizimlə mövsüm boyu birgə olduqları üçün. Yaxşı cəhətlərimizi də, pis cəhətlərimizi də yazdılar”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail