"Bakı" Avropaya ən çox oyunçu satan klubla əməkdaşlığa başlayır

20.05.2013 | 8728 dəfə oxunub

"Bakı"futbol klubu beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir inamlı addım atıb. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid "Atletiko"su ilə əməkdaşlıqla gündəmə gələn "Bakı" indi də Avropanın daha bir nəhəng klubu ilə anlaşma imzalamağa hazırlaşır. Bu məqsədlə "Bakı" futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov və katibi Zəka İbrahimov bir neçə gün öncə Portuqaliyaya səfər ediblər.

 «Portu»nun bazasını ziyarət edən klub rəsmiləri Çempionlar Liqasının qalibinin infrastrukturu, bazası və iş metodları ilə yerindəcə tanış olublar. Onlar «texniki məsələlərlə tanışlıq» proqramı əsasında kluba aid bütün texniki şöbələrə, mühasibatlıq və idarəetmə strukturunun çalışdığı kompleksə baş çəkib. Qonaqlara klubun fəaliyyətindən bəhs edən video-rolik göstərilib.

Daha sonra «Porto»nun rəhbər şəxslərinin iştirakı ilə geniş toplantı düzənlənib. Antero Enrike məlumat verərək bildirib ki, «Portu» son 15 ildə Avropaya ən çox oyunçu satan klubdur. Bu uğurlu nəticəni necə əldə eitdiklərini açıqlayan klubun baş idarəçisi deyib ki, onlar uşaq futbol akademiyasının işinə xüsusi önəm verirlər və hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə yeniyetmə və gənc baxışdan keçmək üçün Portuqaliyaya dəvət olunur.

Nöbvəti gün «Bakı» futbol klubunun nümayəndləri prezident Pintu da Koşta ilə görüşüblər. Tərəflər qarşılıqlı əməkdaşlıq üçün öz şərtlərini açıqlayıb. «Porto»nu prezidenti işbirliyində maraqlı olduqlarını bildirərək, «Atletiko» kimi «Bakı» ilə əlaqə qurmaq ideyasını dəstəkləyib. Koşta Azərbaycanla bağlı istənilən brendin klubun formalarında reklamına müsbət yanaşıb və deyib ki, Madrid klubunun gördüyü ilk iş bütün dünyaya səs salıb.

«Porto»nun rəhbəri təklif edib ki, «Bakı»nın aşağı yaş qrupları üzrə komandaları hər il 3 dəfə onların bazasında qonaq ola, 1 ay müddətinə təlim-məşq toplanışı və yoldaşlıq görüşləri keçirə bilər. Eyni ilə portuqaliyalılar bu məqsədlə ölkəmizə səfər etməyə razıdır. Əsas komandalara gəlincə, avrokubokların daimi iştirakçısı «Bakı» ilə yoldaşlıq görüşündə qüvvəsini sınamağa hazırdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail