Sebahettin Tekin: "Onun "Qarabağ"a gəlişi çox yaxşı oldu" Müsahibə

20.05.2013 | 4340 dəfə oxunub

"Qarabağ"ın texniki koordinatoru Sebahettin Tekin klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- "Qarabağ"Futbol Akademiyası üçün geridə qalan mövsümü necə dəyərləndirirsiniz?
- Biz mövsümün əvvəlində oyunçular və məşqçilərlə bərabər qarşımıza bir hədəf qoymuşduq - hər yaş qrupunda iddialı bir komanda qurmaq və çempionluğa oynamaq. Məşqçilərlə, futbolçularla çox xüsusi proqramda çalışdıq. Əvvəlki mövsümlə müqayisədə nəticələr daha da qənaətbəxş oldu. Bu işi bacardıq. Bu uğura rəhbərlik və digər işçilər də daxildir. Rəhbərliyin verdiyi dəstək nəticəsində, məşqçilər nəticəsində hər bir yaş qrupunda bu uğura nail olduğumuzu düşünürəm. Əlbəttə ki, bu işlərin sübutu olmalıdır. Biz bu işləri etdik, yoxsa etmədik? Rəqəmlər olmalıdır. U-13 yaş qrupumuz çempion oldu. Həmin yaş qrupunda"Sabahın ulduzlar"ında da çempionluq yaşadıq. "Qarabağ" klubuna iki kubok gətirdik. Ən yaxşı müdafiəçi və bombardir bizim komandanın üzvləri sırasında yer aldı. Ən az qol buraxan və ən çox qol vuran komanda da bizimki oldu. Bizim U-19 komandamız finala qədər irləlilədi və gümüş medal qazandı. U-11 komandası Heydər Əliyev turnirində finalda oynadı və gümüş medal əldə etdi. U-19 və U-11 çempionatlarında da bizim futbolçularımız bombardir oldular. Bundan başqa əvvəlki illərlər müqayisədə milli komandalara cəlb olunan futbolçularımızın da sayı artıb. Milli komandalarda 13 futbolçumuz var. Bu mövsüm əsas komandaya iki oyunçu verdik.
- Demək ki, bu mövsüm aşağı yaş qruplarının çıxışından razı qaldınız?
- Bəli, çox razı qaldım. Mən yenə deyirəm. Bu işlərdə payı olan hər kəsə təşəkkür edirəm. Biz qorxmamağı öyrəndik. Əvvəlcə oyunçuları psixioloji hazırladıq, daha sonra isə texniki sxemi öyrətdik. Bizim üçün vacib olan bir ailə qurmaqdı. Uğurlarımızın tək səbəbi bir ailə olmağımızdır.
- Bu mövsüm hansı layihələri həyata keçirə bildiniz?
- Bizim üçün vacib olan bir ailə ab-havası qurmaq, psixioloji cəhətdən komandanı hazırlamaq idi. Meydanda işləmək planımız da çox fərqli idi. Xüsusi proqram üzərində işlədik. Biz araşdırma mərkəzini yaratdıq ki, ölkədə olan perspektivli futbolçuları nəzarətimizdə saxlaya bilək. Rəqib komandaların zəif və güclü tərəflərini müəyyənləşdirdik. Seleksiya işlərində də səhvlərə yol vermədik. "Qarabağ"Futbol Akademiyasına yeni sima dəvət olunub - Emin Abbasov. Artıq onunla birlikdə gələn mövsümün planlarını hazırlayırıq. İnşallah, "Qarabağ" klubu bütün yaş qruplarında iddiasını daha da artıracaq. 
Gələn mövsüm həyata keçiriləcək layihələr nədən ibarət olacaq? 
- Artıq Emin bəylə bu barədə müzakirələr aparmışıq. Onun "Qarabağ"a gəlişi çox yaxşı oldu. Emin bəyin bura gəlməsi ilə mənim gücümün ikiqat artdığını düşünürəm. Rəhbərlik də istədiklərimi həyata keçirir. Buna görə Tahir bəyə, Emrah bəyə təşəkkürlərimi bildirirəm. Bizim idman məktəblərimiz var və biz ilk növbədə bu məktəbləri genişləndirmək istəyirik. Öz yetişdirdiyimiz uşaqları yuxarılara aparmağa çalışırıq. Uşaq futbolumuzda tətbiq etdiyimiz sistem təkmilləşmələcək, yetirmələrimizin xaricdə çıxış etməsi üçün nəzərdə tutulan layihələr tətbiq olunacaq. Bir sözlə, planlar çoxdu. 
- Gələn mövsümdə "Qarabağ"ın futbolçularından kimlərisə əsas komandada görə biləcəyik? 
- Bəli. U-19 millisinin üzvü olan Tural "Qarabağ"ın əsas komandası ilə məşqlərə çıxır, toplanışlara gedir. Bilal, Fuad , Nurlan kimi yaxşı oyunçularımız da əsas komandaya namizəddirlər. Qısa zamanda "Qarabağ"ın heyətində aşağı yaş qruplarında yetişən ən azı 4-5 futbolçu görəcəksiniz.
- "Qarabağ"ın aşağı yaş qrupları gələcəyə nə vəd edir? Siz bu qrupları necə görmək istəyirsiniz?
- Bütün məşqçilər əlindən gələni edir. Bizim hal-hazırda qurduğumuz sistem var. Bu belə davam edirsə, çox qısa bir vaxtda Azərbaycanda birinci olmaq istəyirik. Futbolçular öz aralarında necı yarışırlarsa, məşqçilər də öz aralarında belə yarışır. Biz çox iddialıyıq. Mən öz adıma bir söz demək istəyirəm. Bir məşqçi 2 dəfə işləyirsə, mən 4 dəfə işləyəcəm. Çünki mən onlarla yarışıram. Mən komandalarımızı ən üst səviyyədə görmək istəyirəm və görəcəyimə inanıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail