“Dənizlispor”un baş məşqçisi: “Mənlik olsaydı, Raili millinizə dəvət edərdim” Müsahibə

“NÖVBƏTİ MÖVSÜM KOMANDAMDA DAHA 3-4 AZƏRBAYCANLI FUTBOLÇUNUN OLMASINI İSTƏRDİM”

21.05.2013 | 5336 dəfə oxunub

Dənizlisporun baş məşqçisi Özcan BizatininHet-trik news” qəzetinə müsahibəsi

- Komanda son 4 oyunda 10 xal toplamağı bacardı. Ardıcıl 4 məğlubiyyətdən sonra çoxları düşünürdü ki, artıqDənizlisporaşağı dəstəyə yuvarlanacaq...

- Uşaqlar toparlana bildilər, qalan görüşlərdə aslanlar kimi mücadilə etdilər. Nəticədə 3 qələbə 1 heç-heçə ilə üzərlərinə düşən vəzifəni yerinə yetirmiş oldular. Futbolçulara təşəkkür edirik, onlarla qürur hissi duyuruq.

- Həmyerlilərimiz Arif İsayev Rail Məlikovla vəziyyət yerdədi? Rail əsas heyətdə özünə yer etsə , Arif oyuna sonradan qoşulur. Bunun səbəbi idi?

Öncə qeyd edim ki, hər iki azərbaycanlı futbolçuDənizlisporda özünü çox yaxşı tərəfdən göstərə bilib. Həm bir idmançı, həm insan kimi hörmət qazanıblar. Hər ikisi yüksək səviyyəli futbolçudu onları gələn mövsüm üçün sərəncamımda görmək istəyirəm. Artıq bu barədə hər ikisi ilə söhbətim olub. Komandada qalmalarını istədim. Çünki mənim oyun tərzimə uyğundular. Yəqin ki, yaxınlarda bu haqda qəti qərar qəbul edəcəklər.

O ki qaldı digər sualınıza - Rail əsas heyətin daimi üzvüdü. Müdafiədə çox etibarlı oyun nümayiş etdirir. Arifə gəlincə, onun oynadığı futbol məni qane edir. Azərbaycan millisindədə oynaması necə bir futbolçu olduğundan xəbər verir. “Ankaragücüilə səfər oyununda meydana sonradan daxil olmasına baxmayaraq, qol vura bildi. Arifin ehtiyatda qalmasının əsas səbəbi zədə ilə bağlı idi. Bu səbəbdən bir neçə oyun onu ehtiyatda saxlayaraq sonradan oyuna qoşdum. Nəticədə göz önündədi. Vurduğu qol apardığı mücadilə ilə bizi sevindirməyi bacardı.

- Deyilənlərə görə, Raillə bir neçə Superliqa klubu yaxından maraqlanır. Əgər belə bir təklif olarsa, Railə məsləhət görərdiniz - Superliqa klubuna keçsin, ya Dənizlidə qalsın?

- Rail elə bir futbolçudu ki, istənilən Superliqa klubunda rahat oynaya bilər. Məndən olsa, “Dənizlisporda qalmasını istəyərdim. Komanda ilə hələ bir illik sözləşməm var. “Dənizlisporun növbəti mövsüm qazandığı nəticələrə mən cavabdeh olacam. Bu yöndən, Rail kimi peşəkarın əlimdən çıxmasını istəməzdim. Amma, digər tərəfdən Rail bura gələrkən, hədəfinin Superliqa komandalarına keçmək olduğunu bildirmişdi. Yəni, “Dənizlisporonun üçün bir tramplin rolunu oynaycaqdı. Təbii ki, əgər bu baş verərsə Railin istəyi əsas olacaq. Onun qarşısında əngəl olmayacağıq.

- Railin son zamanlar Azərbaycan milli komandasına çağırılmamasının səbəbini nədə görürsünüz?

- Bunun iki səbəbi ola bilər. Birincisi, onun mövqeyində Raildən daha yaxşı çıxış edə bilən gənc futbolçunun olması. Həqiqətən belə birisinin varlığından xəbərim yoxdu. Yəni, millinizdə sağ cinah müdafiəçisi rolunda kimin oynamasından o qədər  məlumatlı deyiləm. İkinci səbəb isə öz aralarında hər hansı problemin olmasını deyə bilərəm. Əgər həqiqətən belə bir problem varsa. Hər halda millinin baş məşqçisinin işinə qarışmaq düzgün olmazdı. Yəqin ki, hansı futbolçunun xidmətindən istifadə etməyi Foqts hamıdan yaxşı bilər. Amma, mənlik olsaydı, Raili həmən millinizə dəvət edərdim. Göstərdiyi futbola Rail bundan artığına da layiqdi.

- Komandanıza başqa azərbaycanlı futbolçular dəvət etmək haqda düşünürsünüzmü?

- Düzü, bu haqda fikrimiz var. Railgillə görüş zamanı bu haqda da söhbətimiz oldu. Azərbaycan milli komandasında da çıxış edən bir neçə futbolçunun oyununu izləmişəm. Uşaqlara da sözüm bu oldu ki, əgər bizim oyun tərzimizə uyğun gələn futbolçular varsa, mənə desinlər. Növbəti mövsüm komandamda daha 3-4 azərbaycanlı futbolçunun olmasını istərdim. İyunun əvvəlində milli komandanızın Bakıdakı oyununu izləməyə gələcəm. Orada gözaltı etdiyim futbolçuların oyununa bir daha baxmaq istəyirəm. Əgər qarşılıqlı razılıq əldə olunarsa, müqavilə bağlayacağıq.

- Konkret olaraq hansı futbolçularla maraqlanırsınız?

- Bunu indidən söyləmək düzgün olmaz. Yaxın zamanlarda əgər razılıq əldə olunarsa, bu haqda yəqin ki, hamının xəbəri olacaq. Hər halda başqa ölkələrdən futbolçu dəvət etməkdənsə, öz qan qardaşlırımıza üstünlük verməyi daha məqsədəuyğün sayıram.

- Eşitdiyimizə görə, həmin futbolçulardan biri əvvəllərdə Türkiyədə oynamış Ramal Hüseynovdu...

- Maraqlandığımız futbolçular arasında Ramalın olub-olmaması haqda heç demək istəmirəm. Darıxmayın, yaxın zamanda hər şey aydın olacaq.

- Bir müddət əvvəl maaşların gecikdirilməsi ilə bağlı futbolçular arasında narazılıq olmuşdu. Hətta onlar mətbuat konfransı da təşkil edərək klub rəhbərliyinə etirazlarını bildirmişdilər. Doğrudu, sonradan bu məsələ həllini tapdı. Yenidən belə bir problemin ortaya çıxması mümkündümü?

- Hər bir klubda maaşların gecikməsi ilə bağlı problemlə yaşana bilər. Təəssüf ki, bizdə belə bir hal baş verdi. Amma rəhbərlik tez bir zamanda bu problemi yoluna qoydu futbolçular pullarının hamısını son lirəsinə kimi aldı. Onların etirazlarını normal qəbul edirəm, fikirlərinə sayğı ilə yanaşıram. Hər kəs öz haqqını tələb etməkdə azaddı. Əksinə, klub rəhbərliyi futbolçulardan belə bir halın yaşanması səbəbilə üzrhaqlıq etdi. Düşünürəm ki, maaşların 5-10 gün gecikməsi normal qarşılanmalıdı. Ümid edirəm ki, gələcəkdə bir analoji hallar baş verməyəcək.

- Çoxları son turdaBucaspora asanlıqla məğlub olacağınızı düşünürdü. Çünki, “Dənizlisporüçün bu oyunun heç bir əhəmiyyəti yox idi. AmmaBucasporunpley-offa qatılmaq üçün son oyunu qazanması vacib idi.

- Həmin oyundan əvvəl futbolçular söz verdilər ki, “Bucasporu məğlub edəcəyik. Məşqlərdə son oyuna səylə hazırlaşırdılar. Onlar əsl kişilik xarakteri nümayiş etdirdilər xala ehtiyacımız olmamasına baxmayaraq, qələbə qazandılar. Həmin qələbə ilə deyilənlərin boş söz-söhbətlər olduğunu sübut etdilər. Digər tərəfdən vəziyyət elə gətirdi ki, “Bucasporməğlub olmasına baxmayaraq, yenə pley-offa düşə bildi. Çünki əsas rəqibləri onlar kimi məğlub oldular. İnşallah, “pley-offda kim güclü olacaqsa, o da Superliqaya vəsiqə qazanacaq.

Söhbətləşdi: İlqar TAĞIYEV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail