"Nənəm Bakıda doğulduğundan, Azərbaycan millisində oynadım" Müsahibə

22.05.2013 | 5469 dəfə oxunub

“Sumqayıt”ın və Azərbaycan millisinin futbolçusu Fərcad-Azad Pərdis Almaniyanın transfermarket.de saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Azərbaycan millisinə dəvət almağınız necə baş tutdu?

- Bu mövsümün əvvəlində çempionatda vacib qollar vurmaqla özümü doğrultdum. Mənim nənəm Bakıda doğulub. Ona görə də Azərbaycan millisində oynamaq imkanım yaranmışdı. Millidə oynamaq mənim başlıca hədəfim idi. Belə şansı əldən buraxmaq olmaz. Ötən il noyabrın sonlarında millinin hazırlıq prosesinə çağırıldım. Orada özümü doğrulda bildim. Baş məşqçi Berti Foqts dedi ki, Lüksemburq və Portuqaliya ilə oyunlar öncəsi məni Dubaydakı təlim-məşq toplanışına da aparacaq. Sonra əsas heyətdə yer aldım. Düzü, bu, mənim üçün gözlənilməz oldu.

- Berti Foqtsu əvvəlcədən tanıyırdınız?

- Əlbəttə. Onu hansı azarkeş tanımaz ki? Amma şəxsi tanışlığımız yox idi.

- Foqts hazırda Almaniyada daha ən yaxşı məşqçi sayılmır. Onu necə xarakterizə edə bilərsiniz?

- Ola bilər siz Foqtsu Matteusla səhv salırsınız (gülür). Mən başqa fikirdəyəm. Almaniyanı son dəfə məhz Foqts çempion edib. Onunla tanış olmaqdan şadam. O, yaxşı məşqçidir. Onun futbol haqda fikirləri dəqiqdir.

- Milli komandada hansı dildə danışırsınız?

- Azərbaycan dilində. Mən artıq bir ilə yaxındır buradayam və azərbaycanda yaxşı başa düşürəm.

- Sizin milli komandada oynayan futbolçularla münasibətləriniz necədir?

- Onlarla futboldan kənar tez-tez görüşmürük. Çünki başqa-başqa klublarda oynayırıq. Əsasən “Sumqayıt”dakı komanda yoldaşlarımla görüşürəm. Çünki eyni şəhərdəyik.

- İki il əvvəl Azərbaycan millisində oynayacağınızı təsəvvür edirdiniz?

- Yox. Nə vaxtsa 40 min azarkeş qarşısında Portuqaliyaya qarşı oynamaq isə ağlıma da gəlməzdi. Dəvət aldığım üçün şadam. Əlidən gələni edəcəyəm ki, milli komandada daha da irəli gedim. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail