"Neftçi" kimi tarixi klubun üzvü olmaq hər bir futbolçu üçün böyük şərəfdir"

22.05.2013 | 7738 dəfə oxunub

“Neftçi” PFK-nın futbolçusu Nicat Qurbanov klubun rəsmi saytına açıqlama verib. Stadium.az xəbər verir ki, son 1 ili icarə əsasında “Simurq” klubunda keçirən 21 yaşlı yarımmüdafiəçi ardıcıl 3 dəfə Azərbaycan çempionu olan flaqmana qayıtdığı üçün şad olduğunu bildirib: “Klub rəhbərliyinin gənc futbolçuların inkişafı üçün atdığı addım təqdirəlayiqdir. Xatırlayırsınızsa, Elvun Yunuszadə “Simurq”da bir il oynayandan sonra “Neftçi”yə qayıdıb, əsas heyət üzvünə çevrildi. Eyni addımı mən də atdım, Zaqatala klubunda Premyer Liqa təcrübəsi qazandım. “Neftçi”yə qayıtdığıma görə çox şadam. Doğma komandamızın uğurları üçün çalışacağam. “Neftçi” kimi tarixi klubun üzvü olmaq hər bir futbolçu üçün böyük şərəfdir”.

Qurbanov komandasının Çempionlar Liqasında mübarizə aparmasına da münasibət bildirib: “Neftçi” ötən il Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu il eyni uğura daha mötəbər turnir olan Çempionlar Liqasında nail olmağa çalışacağıq. Artıq mən də komandama var gücümlə kömək etmək üçün əlimgən gələni edəcəyəm. Məqsədim əsas heyətdə möhkəmlənməkdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail