Abdulaye: “Üçüncü yer də pis nəticə deyil"

22.05.2013 | 4193 dəfə oxunub

“İnter”in müdafiəçisi Bryus Abdulaye başa çatmış mövsümlə bağlı fikirlərini klubun rəsmi saytı ilə bölüşüb. Stadium.az xəbər verir ki, Abdulaye "İnter"in göstəricisini qənaətbəxş nəticə kimi qiymətləndirib: "Mövsüm çox ağır alındı. Müəyyən zaman ərzində turnir cədvəlində liderlik etdik, lakin fevralda komanda bu liderliyini itirdi. Təəssüf ki, turnir cədvəlində birinci yer uğrunda əsas rəqiblərimizlə qış fasiləsindən sonra keçirdiyimiz oyunlarda lazım olan nəticəni əldə edə bilmədik. Bizim yaxşı futbolçularımız var, komandamıza yaxşı məşqçi rəhbərlik edir, lakin buna baxmayaraq, bizi çempionluqdan məhrum edən səhvlərə yol verdik. “İlk altılıq”da “Qarabağ” və “Neftçi” komandalarına qarşı səfər oyunlarında rəqibə heç nədə uduzmadıq, lakin bir səhv hər şeyin üstündən xətt çəkdi. Futbol belədir. Bizə buraxılan səhvlərdən nəticə çıxarmaq və həmin səhvləri növbəti mövsümdə təkrarlamamaq qalır. Amma üçüncü yer də pis nəticə deyil. Bizi qarşıda Avropa Liqasının oyunları gözləyir və komanda bu turnirdə gücünü göstərməlidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail