AFFA-nın baş katıbi UEFA rəsmiləri ilə görüşüb

24.05.2013 | 3838 dəfə oxunub

Bu gün İngiltərənin paytaxtı London şəhərində UEFA-nın XXXVII Növbəti Konqresi keçirilir. Stadium.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov Konqresdə iştirak edir.  

E.Məmmədov səfər çərçivəsində UEFA-nın baş katibi Gianni İnfantino və UEFA-nın Milli Assosiasiyalar üzrə direktoru Teodor Teodorislə görüşüb. AFFA-nın prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən E. Məmmədov UEFA rəhbərliyinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı sərəncam imzaladığını və AFFA-ya hazırlıq işlərinə başlamaq səlahiyyəti verildiyi barədə məlumat verib. Qeyd olunub ki, bu sərəncamla Azərbaycan Prezidenti 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının Bakıda keçirilməsinə dövlət səviyyəsində dəstək veriləcəyini bildirib. UEFA rəsmilərinin diqqətinə çatdırılıb ki, AFFA yaxın gələcəkdə tələb olunan bütün sənədlərin hazırlığına başlayacaq. Dövlət başçısının sərəncamı hazırlıq prosesinə başlamaq imkanı verir və Azərbaycan bu məsələdə dövlət səviyyəsində dəstəklənən ilk ölkələrdən biridir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail