32 tur, 34 futbolçu, 3 baş məşqçi

24.05.2013 | 3194 dəfə oxunub

"Qəbələ"nin rəsmi saytı komandanın çıxışı ilə bağlı statistik yazı hazırlayıb. Stadium.az həmin yazını təqdim edir:

2012/13 mövsümünün yekunları - 1

- Premyer Liqanın 2012/13 mövsümündə 34 futbolçu “Qəbələ”nin şərəfini qoruyub. 

- Premyer Liqanın 2012/13 mövsümündə “Qəbələ”nin heyətində ən çox oyun keçirənlər Luiz Paulo Hilaro və Yannik Kamanandır. Onlar hərəsi 30 dəfə meydana çıxıb. Luiz dəqiqə baxımından komanda yoldaşını arxada qoyub – müvafiq olaraq 2544 və 1977 dəqiqə. 

- Ümumilikdə 11 futbolçu oyunların ən azı yarısında – minimum 17 qarşılaşmada meydana çıxıb. 

- 4 futbolçu isə cəmi 1 oyunda iştirak edib. Bunlar Murad Musayev, Muammer Erdoğdu, Sadiq Quliyev və Rəşid Əmiraslanovdur.

- 34 futbolçudan 2-si qapıçıdır: Dieqo Kosta və Anar Nəzirov. Onlar eyni sayda hərəyə 16 oyun keçirib və 1440 dəqiqə meydanda olublar. Anar 21, braziliyalı legioner 19 top buraxıb. 

- Digər 32 futbolçu isə sahə oyunçularıdır.

- Bu oyunçulardan 11-i qol sevinci yaşayıb. 

- Hərəyə 6 dəfə fərqlənən Lourival Rodriges və Viktor Mendi ümumilikdə 32 qolu olan komandanın ən yaxşı bombardirləridir. Yannik Kamanan və Rəşad Abdullayev hərəyə 5, Luiz Hilario 3 dəfə rəqib qapısına yol tapıb. Umar Kalabanenin 2 qolu var. Bruno da Silva, Dejan Kelhar, Aleksandr Çertoqanov, Mustafa Dabo və Luka Zinko isə 1 qolun müəllifi olublar.

- Komandamızın lehinə 6 penalti təyin edilib. Bu zərbələrdən yalnız 3-ü dəqiq olub. Abdullayev hər 2 imkanı qola çeviribsə, Rodriges 2 zərbədən birində hədəfə düşüb. Da Silva ilə Kamanan isə penaltidən yararlanmayıb.

- “Qəbələ”nin qapısına təyin edilən 4 penalti 2 qapıçı arasında bərabər bölünüb. Nəzirov hər iki zərbəni buraxıbsa, Kosta 1 dəfə rəqibin yanlış zərbəsinə sevinib.

- “Qəbələ” mövsüm ərzində 72 sarı vərəqə ilə cəzalanıb.

- 34 futbolçudan 25-i ən azı 1 sarı vərəqə alıb. 

- Hamıdan çox – 8 dəfə Ürfan Abbasova sarı vərəqə verilib. Luiz Hilario, Elmar Baxşıyev, Daniel Lopes Kruz da 7 sarı alıb.

- Cəmi 9 futbolçu Premyer Liqa ərzində cəzalanmayıb.

- Onlar arasında ən çox oyun Bruno da Silva keçirib. O, 17 matçı cəzasız keçirib.

- İntizamlılar arasında meydanda ən çox dəqiqə keçirən də Brunodur - 1168 dəqiqə. - “Qəbələ” çempionat ərzində 7 dəfə qırmızı vərəqə alıb. Futbolçular 1 dəfə birbaşa, 6 dəfə ikinci sarı vərəqə görə qırmızı vərəqə alıb. Aleksandr Çertoqanov hamıdan çox – 3, Ürfan Abbasov, Vurğun Hüseynov, Rövşən Əmiraslanov və Rəşad Abdullayev hərəyə 1 dəfə meydanı vaxtından əvvəl tərk edib. Rəşad birbaşa, digərləri ikinci sarıya görə bu aqibətlə üzləşib.

- “Qəbələ”nin şərəfini qorumuş oyunçuların 19-u yerli, 15-i legioner statusu daşıyır.

- Yerlilərdən biri Aleksandr Çertoqanov milliləşən ukraynalıdır.

- Onu yerli statusu ilə saysaq, “Qəbələ”də 9 ölkədən legionerlər çıxış edib. Komandada Braziliyadan 5, Sloveniya və Seneqaldan 2, Serbiya, Fransa, Nigeriya, Rumıniya, Qvineya, Türkiyənin hərəsindən 1 oyunçu oynayıb.

- Komandanın ən yaşlı futbolçusu Yaşar Abuzərovdur. Martın 13-də “İnter”lə görüşdə onun 35 yaş 5 ay 24 günlüyü idi.

- Komandanın ən gənc futbolçusu isə Sadiq Quliyevdir. O, aprelin 28-də “Qarabağ”la baş tutan matç zamanı 18 yaş 1 ay 19 günlük idi. 

- Ümumilikdə mövsümün sonunadək 34 futbolçudan 11-i 30 yaş həddini aşıb, 3-ü isə 20 yaşı tamam olmayandır.

- “Qəbələ”nin 34 futbolçusunun orta yaş həddi 26 yaş 10 ay 24 gündür. 

- Komandanın uğurlu fərqi qol seriyası Yannik Kamanana məxsusdur. O, XX və XXI turlarda üst-üstə 3 qola sevinib. Luiz Hilario XI və XII, Rəşad Abdullayevlə Viktor Mendi isə XIII və XIV turlarda ardıcıl qol sevinci yaşayıb.

- “Qəbələ” 7 oyunda qapısını toxunulmaz saxlayıb. “Quru oyun”ların 4-ü Dieqo kosta, 3-ü Anar Nəzirovun hesabındadır. Onların heç biri ardıcıl 2 belə matç keçirməyib.

- Çempionat ərzində “Qəbələ”ni  meydana 5 kapitan çıxarıb: Rəşad Abdullayev – 21, Elmar Baxşıyev – 6, Aleksandr Çertoqanov – 3, Yannik Kamanan, Vurğun Hüseynov – hərəsi 1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail