"O, Azərbaycanda ancaq "Neftçi"də oynaya bilər" ÖZƏL

24.05.2013 | 6417 dəfə oxunub

"Neftçi" klubu Nikolas Kanalesin komandanı tərk edəcəyi haqda yayılan xəbərlərə rəsmi şəkildə münasibət bildirib. Klubun vitse-prezidenti Tahir Süleymanov Stadium.az saytına verdiyi açıqlamada çilili hücumçunun gələcək taleyinə belə aydınlıq gətirdi: "Nikolas Kanaleslə ötən mövsüm "1+2" illik müqavilə imzaladıq. Hazırda sözləşmənin müddətini daha 2 illiyinə artırmağı planlaşdırırıq. Futbolçu özü də "Neftçi"də qalmaqda maraqlıdır. Kanalesin "Neftçi"ni tərk edəcəyi haqda yayılan xəbərlər həqiqəti əks etdirmir. İndi Kanalesin menecerinin yolunu gözləyirik. O Bakıya gəldikdən sonra müqaviləni rəsmən yeniləyəcəyik. Yeganə problem odur ki, Kanales Asiya və Avropa klublarından daha sərfəli təklif alıb. Kanales Azərbaycanda qalsa, yalnız "Neftçi"də oynaya bilər. Bunu ilk dəfə sizə açıqlayıram. Kanalesin müqaviləsində xüsusi bənd var və bu bəndə əsasən o bizim razılığımız olmadan Azərbaycanda "Neftçi"dən başqa heç bir klubda oynaya bilməz".   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail