Torres "Fənər"in arzusunu gözündə qoydu

24.05.2013 | 4142 dəfə oxunub

Son vaxtlar tez-tez tənqid olunan, buna baxmayaraq, vacib anlarda səhnəyə çıxan Fernando Torres "Çelsi"dəki gələcəyindən danışıb. Stadium.az xəbər verir ki, ispan forvard London klubunu tərk etmək istəmədiyini bildirib. 2011-ci ildə 58 milyon avro qarşılığında London klubuna transfer olunan Torres gələcəyi ilə bağlı deyib: "Mətbuat nə yazır, yazsın. Mən qulaqlarımı qapamışam. Transfer pəncərəsi yaxınlaşarkən, bu cür şaiyələr hər zaman olur. Buna artıq öyrəşmişəm. Amma əminliklə söyləyirəm ki, mən heç yana getmirəm. Bildiyim qədəri ilə heç klubum da məni buraxmaq fikrində deyil. Onlar da xidmətimdə maraqlıdırlar. "Çelsi"də özümü əla hiss edirəm".

Qeyd edək ki, Torresin adı "Fənərbaxça" ilə də yanaşı hallanırdı. "Çelsi"dən Raul Meyreleş və Miroslav Stoku transfer edən "Fənər" bu dəfə də Torresi heyətinə qatmaq istəsə də, bu, baş verməyib. İspan forvarda görə "sarı lacivərdlilər" London klubuna 13 milyon avro təklif edirdi.

Əlavə edək ki, cari mövsümdə bütün yarışlar nəzərə alınmaqla 61 matçda forma geyən Torres 22 qol vurub və 11 məhsuldar ötürmə verib.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail