İlk dəfə ”Böyük oyun” finalı

27.05.2013 | 3499 dəfə oxunub

Azərbaycan kuboku tarixində ilk dəfə finalda “Böyük oyun” baş tutacaq. Stadium.az xəbər verir ki, “Neftçi” və “Xəzər Lənkəran” arasında oyunla 2012/13 mövsümünə də yekun vurulacaq. Mövsümün son qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bu qarşılaşma rəqiblər arasında 28-ci dueldir. İndiyədək baş tutan 27 görüşdə daha çox heç-heçə qeydə alınıb. Belə ki, bu matçların 11-də qalib müəyyənləşməyib. Komandalar isə hərəyə 8 dəfə qalib gəlməyi bacarıb. Bu matçlardakı top fərqində bakılılar hələlik öndədir – 28:25.

Baş tutan 27 matçdan 25-i Azərbaycan çempionatında keçirilib. Kubokda isə yolları yalnız 1 dəfə kəsişən komandalar 2010/11 mövsümündə ¼ finalda 2 dəfə üz-üzə gəlmişdi. Finalda isə azarkeşlər ilk dəfə “Böyük oyun” izləyəcək.

Həmin duel "Xəzər Lənkəran"ın xeyrinə başa çatmışdı. Bakıdakı məhsuldar oyunda 4:3 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” evdəki bərabərliklə mərhələ adlamışdı. Kubokda “Neftçi”yə uduzmayan Lənkəran təmsilçisi tarixində 4-cü dəfə kuboku qazanmaqla rekorda şərik olmağa yaxındır. Bu göstəricidə rekord isə “Neftçi” ilə “Kəpəz”ə məxsusdur. Bu komandalar hərəyə 4 dəfə kuboku başı üzərinə qaldırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail