"Toşak dünyanı, ölkələri gəzib gəlib, amma mən bir kəndçi balasıyam"

27.05.2013 | 5334 dəfə oxunub

Sabah ölkə kubokunun finalında "Xəzər Lənkəran"la qarşılaşacaq "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bu dəqiqələrdə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi mətbuat konfransı keçirir. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk öncə oyun haqda fikirlərini açıqlayıb: 

- Çempionluq qaldı tarixdə, indi biz ancaq kubok haqda düşünürük. Kubokda başa çatan kimi, bütün düşüncələrimiz Çempionlar Liqasındakı püşkatmaya yönələcək.

- Vobayla Kanales müqaviləni uzatmayıb. Bu amil onların oyununa təsir edə bilər?

- Mən harda olsam, arada boylanıb arxaya baxıram. Vobayın da, Kanalesin də "Neftçi"yə hardan gəlməsini bilirsiz, mən də bunu yaxşı bilirəm. Amma əmin ola bilərsiz ki, Vobayda komandada qalacaq, Kanales də. Hara gedəcəklər? Ağılları olsa, başqa heç nə düşünməzlər, amma gedənə də qal demərik. Ramosun da bizlə müqaviləsi başa çatıb, amma o komandada qalmağın tərəfindədir.

- Sizi əcnəbi məşqçilərin qənimi kimi tanıyırıq. Sabah Toşak sağ qalacaq?

- İnsana canı verən də, alan da Allahdı. Mən kiməm ki, kimisə öldürüm, kimisə sağ saxlayım? Toşakla mənim aramda 10 yaş fərq var. Ona böyük hörmətim var, amma bunun meydanda bir anlamı yoxdu. Toşak dünyanı, ölkələri gəzib gəlib, amma mən bir kəndçi balasıyam. Baxmayaraq ki, ondan öyrəniləcək çox şey var.

- Heyətdə vəziyyət necədir?

- Bu gün o mütəxəssis savadlı məşqçidir ki, komandanı istədiyi vaxt ayaq üstə saxlaya bilir. Biz komandanı psixoloji cəhətdən çox yaxşı hazırlamışıq. Hər şey qaydasındadır. Biz komandanı finala 3 gün qalmış bütün yükləmələrdən azad etmişik. Biz sabah "qızıl dubl" edəcəyik. Bu da bizə, futbolçularımıza reytinq baxımından olduqca vacibdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail