"Xəzər Lənkəran"ın məşqçisi döyüldü

28.05.2013 | 7325 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Azərbaycan kubokunun final oyunundan dərhal sonra qalmaqal baş verib. Stadium.az xəbər verir ki, qalmaqalın səbəbkarı “Neftçi”nin qapıçısı Saşa Stamenkov olub. Belə ki, serb qapıçı rəqib komandanın üzvlərinə qarşı qeyri-etik jestlər edib.

Bundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak meydana daxil olaraq Stamenkoviçə etirazını bildirib. Sonra serbiyalı qapıçı yaxınlaşaraq Toşakın əlini sıxıb. Lakin bundan sonra da Stamenkoviç rəqibn futbolçularının ünvana təhqiramiz ifadələr işlədib. Nəticədə meydanda hər iki komandanın üzvləri arasında qarşıdurma baş verib. İnsident zamanı "Xəzər Lənkəran"ın məşqçisi Aleksis Plaza xəsarət alıb. İspan məşqçinin sifəti al-qana boyanıb. Eləcə də "Xəzər Lənkəran"ın futbolçularından birinin də sifəti qana boyanıb. "Neftçi" tərəfdən isə heç kim xəsarət almayıb.

Qeyd edək ki, insidentddən öncə "Xəzər Lənkəran"ın fəxri-prezidenti Mübariz Mənsimov komandanın paltardəyişmə otağına yollanmaq istəsə də, qalmaqala görə fikrindən vaz keçib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail