Tale Heydərov: "Syomini seçməyimiz onun MDB məkanından olması ilə bağlıdır"

29.05.2013 | 4881 dəfə oxunub

“Yuri Syominlə müqaviləni "1+1" il prinsipiylə bağlamağımız hər iki tərəfin istəyinin nəticəsindir". Stadium.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qəbələ" klubunun prezidenti Tale Heydərov deyib.

Tale Heydərov ikinci dəfə keçirilən Qəbələ kubokunun ilk oyun günü jurnalistlərlə görüşündə Yuri Syominin təyinatı ilə bağlı fikirlərini açıqlayıb: “Syomini seçməyimiz onun MDB məkanından olması ilə bağlıdır. Regionu yaxşı tanıyır, futbolçuların qabiliyyətinə bələddir. Bizim Braziliya və Hollandiyadan da namizədlərimiz var idi. Lakin həmin amilə görə Syominə üstünlük verdik”.

Heydərov Qəbələdə təşkil olunan 15 yaşadək futbolçular arasında turnirin əhəmiyyəti haqda da danışıb: “Qəbələ” klubunun belə bir infrastrukturu, stadionu, meydançaları, şəraiti varsa, niyə də belə turnirlər təşkil etməyək? Belə beynəlxalq matçlarda güclü komandalarla görüşən futbolçularımız da oyun təcrübəsini artırmış olur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail