Tale Heydərov: "Sevindirici haldır ki, Qəbələ kuboku artıq ənənəvi hal alıb"

29.05.2013 | 4245 dəfə oxunub

II Qəbələ kubokunun açılış mərasimi baş tutub. Stadium.az xəbər verir ki, açılış mərasimində çıxış edən "Qəbələ"nin prezidenti Tale Heydərov yarışın iştirakçısı olan komandaları salamlayaraq, uğurlar arzulayıb. "Turnirdə iştirak edən gənc futbolçular, sizləri ürəkdən salamlayıram. Sevindirici haldır ki, Qəbələ kuboku artıq ənənəvi hal alıb və bu il 2-ci turniri keçiririk" - deyə, Heydərov bildirib.

"Qəbələ"nin prezidenti gənc futbolçulara Toni Adams və Roy Makay kimi ulduz olmağı arzulayıb: "Bu gün aramızda Toni Adams və Roy Makay kimi əfsanəvi futbolçular da var. Onları da salamlayıram. Adamsla Makay bir vaxtlar sizin bu gün keçdiyiniz yolu keçiblər və futbolda böyük şöhrət qazanıblar. Ən böyük arzum odur ki, sizlər də nə vaxtsa belə böyük adlara sahib olasınız”.

Tale Heydərov dövlətimizin idmana göstərdiyi yüksək qayğıdan da danışıb: “Dövlətimizin idmana, o cümlədən futbola göstərdiyi diqqət göz qabağındadır. Bunun nəticəsidir ki, ilk Yay Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcək. Ölkəmiz 2020-ci il Avropa çempionatının keçirməyə namizədliyini irəli sürüb. Fürsətdən istifadə edib, sonda bütün qonaqlara dəvətimi qəbul edib, Qəbələyə gəldiklərinə görə minnətdaram və hər birimizə bol uğurlar arzulayıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail