"Rəvan"ın ən yaxşı futbolçusu bəlli oldu

30.05.2013 | 4029 dəfə oxunub

Mayın 18-dən başlayan "Rəvan"ın saytında başlayan sorğunun nəticələri artıq bəllidir. Stadium.az xəbər verir ki, yenicə başa çatan 2012/13 mövsümündə "Rəvan”ın ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Azarkeşlər və klub saytının istifadəçiləri arasında aparılan interaktiv sorğuda Xuan Manuel Varea qalib gəldi.

2 yerli və 3 legioner futbolçunun mübarizəsindən qalib ayrılan Vareanın uğuru tam gözlənilən idi. Axı argentinalı bombardir başa çatmış son mövsümdə vurduğu 14 qolla komandanın əsas "vuran ayağı”na çevrilib. Onun hesabında 3 məhsuldar ötürmənin olduğunu da qeyd edə bilərik.

Bir sözlə, mövsümboyu sərgilədiyi futbol ilə könülləri oxşayan argentinalı haqlı qalibiyyət əldə etdi. Varea respondentlərin yarısından çoxunun – 51,08 %-nin səsini qazanıb. O, ikinci pillədəki Mindauqas Kalonası (31,6 %) da xeyli qabaqlayır. Sıralamanın sonrakı ardıcıllığı isə belədir: 3. Şəhriyar Rəhimov – 8,23%; 4. Tofiq Mikayılov – 6,06%; 5. Miloş Adamoviç – 3,03%.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail