“Neftçi” - “Xəzər Lənkəran” oyunundakı qalmaqala görə cinayət işi açıldı

31.05.2013 | 4236 dəfə oxunub

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu  Mayın 28-də T.Bəhramov adına Respublika satadionunda Azərbaycan kuboku uğrunda “Neftçi” və “Xəzər Lənkəran” futbol klubları arasında keçirilən final oyunundan sonra baş verənlərlə bağlı rəsmi məlumat yayıb. Stadium.az xəbər verir ki, bu barədə Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib. Məlumatda deyilir: "Mayın 28-də T.Bəhramov adına Respublika satadionunda Azərbaycan kuboku uğrunda “Neftçi” və “Xəzər Lənkəran” futbol klubları arasında keçirilən final oyunundan sonra futbol meydançasında həmin klubların azarkeşləri arasında qarşıdurma yaranmaqla, onlar heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən xuliqanlıq ediblər.

 Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində insident aradan qaldırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail