"Yensen de, yenilsen de"nin başlama saatı müəyyənləşdi

01.06.2013 | 4553 dəfə oxunub

Türkiyənin ən reytinqli televiziya kanallarından olan və II Qəbələ Kubokunu işıqlandıran kütləvi informasiya vasitələri arasında yer alan NTV Spor "Yensen de, yenilsen de" verilişinin növbəti sayını turnirə və "Qəbələ" İdman Klubuna həsr edib. Stadium.az xəbər verir ki, yüksək reytinqə malik verilişin qonaqları "Qəbələ" İdman Klubunun prezidentinin müşaviri, əfsanəvi futbolçu Toni Adams, "Qəbələ" Futbol Akademiyasının keçmiş direktoru Ali Yavaş, Hollandiya futbolunun tanınmış simalarından olan və "Feyenoord"un U-15 komandasına rəhbərlik edən Roy Makaay, "Qəbələ" Futbol Akademiyasının yeni direktoru Stenli Brard, "Beşiktaş"ın aşağı yaş qrupları üzrə koordinatoru Emrah Bayraktar və "Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı olub. Tanınmış aparıcılar Bağış Erten və Banu Yelkovan verilişdə həmçinin "Qəbələ", Feyenoord", "Beşiktaş" və "Şaxtyor"u təmsil edən futbolçular da iştirak ediblər. Qonaqlar proqramda keçmiş karyeraları, Qəbələdə futbolun inkişaf tempi, infrastruktur, aşağı yaş qruplarının fəaliyyəti və Qəbələ Kuboku haqda danışıblar. Veriliş bu gün saat 17:30-da efirə gedəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail