Əfqan Talıbov "Turan"dan gedir

02.06.2013 | 5125 dəfə oxunub

Tovuzun “Turan” futbol komandasına yeni baş məşqçi təyin olunacaq. Lent.az-ın məlumatına görə, bu, komandanın sabiq futbolçusu Nadir Nəbiyevdir. Onun təyinatının tezliklə baş tutacağı gözlənilir. Bu isə klubun əvvəlki baş məşqçi Əfqan Talıbovla yollarını ayırdığı anlamına gəlir. Talıbov açıqlamasında komanda ilə müqaviləsinin başa çatdığını təsdiqləyib. Lakin o, nə istefa verdiyini, nə də yeni müqavilə təklifi aldığını bildirib: “Mənə “Turan”ın vitse-prezidenti Namiq Məstanov bir neçə gün öncə zəng edərək, klubun I diviziona enişinin təsdiqləndiyini bildirdi. O, özünün və mənim klubda qalıb-qalmayacağıma yeni sponsorun gəlişindən sonra qərar veriləcəyini söylədi. Mən də I divizionda mübarizə üçün şərtlərimi dedim. Onsuz da komanda ilə müqaviləm başa çatmışdı”.

Bəs “Turan” rəhbərliyinin Talıbova “get” deməmiş yenisi ilə anlaşması əvvəlki baş məşqçiyə hörmətsizlik deyil? 49 yaşlı mütəxəssis bu məsələyə şərh vermək istəməyib.

Qeyd edək ki, Əfqan Talıbov “Turan”a 2012-ci ilin oktyabrında baş məşqçi təyin olunub. Komanda qış fasiləsinə 9-cu pillədə çıxsa da, mövsümü 11-ci pillədə başa vurub və Premyer Liqanı tərk edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail