"Bakı"nın baş məşqçisinin adı ilk dəfə bizdə EKSKLÜZİV

02.06.2013 | 7525 dəfə oxunub

"Bakı" klubunun yeni baş məşqçisi müəyyənləşib. Stadium.az kluba yaxın mənbədən öyrənib ki, paytaxt klubunun yeni baş məşqçisi ispaniyalı mütəxəssis Xuan Manuel Lillodur. İspaniya futbol tarixində La Liqada çalışmış ən gənc baş məşqçi kimi tarixə düşən Lilloyla iki illik müqavilə bağlanacağı bildirilir. Xuan Manuel bu zamana kimi İspaniyada "Salamanka", "Tenerife", "Saraqoza", "Real Sosyedad" və "Almariya" kimi klublarda baş məşqçi işləyib.

"Barselona"nın əfsanəvi baş məşqçisi sayılan və yeni mövsümdən "Bavariya"nı çalışdıracaq Pep Quardiola Lillo haqqında belə deyib: "İndiyə kimi gördüyüm bütün baş məşqçilərdən nələrsə öyrənmişəm, amma 3 məşqçi var ki, onlar mənim futbol görüşümü müəyyənləşdirib və fikirlərimə istiqamət veriblər - Yohan Kroyff, Karles Rexac və Xuan Manuel Lillo". Bu da ondan xəbər verir ki, Lillo sıradan bir məşqçi deyil.

47 yaşlı məşqçi yaxın günlərdə Bakıya gələrək klubla müqavilə bağlayacaq. Hazırda İspaniyada olan "Bakı"nın prezidenti Hafiz Məmmədovun bu gün vətənə dönəcəyi və klubla bağlı çox ciddi qərarlar qəbul edəcəyi də bizə verilən xəbərlər arasındadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail