"Neftçi"nin bütün potensial rəqibləri müəyyənləşdi

03.06.2013 | 5857 dəfə oxunub

Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" klubunun turnirdə bütün potensial rəqibləri müəyyənləşib. Stadium.az xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq "ağ qaralar"ın artıq hansı səbətdə yer alacağı da dəqiqləşib.

Son Azərbaycan çempionu səpələnmişlər səbətində yer alıb ki, bu da təmsilçimizə nisbətən zəif rəqiblə qarşılaşmağa şərait yaradacaq.

I təsnifat mərhələsində "Streymur" (Farer adaları), “Tre Penne” (San-Marino), “Lusitanos” (Andorra) və “Şirak” (Ermənistan) klubları mübarizə apacaqlar.

Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları 2-3 və 9-10 iyul aralığında, II təsnifat mərhələsinin görüşləri isə 16-17 və 23-24 iyul tarixlərində keçiriləcək.

Çempionlar Liqasının II təsnifat mərhələsinin iştirakçı komandaları:

Səpələnmişlər: BATE (Belarus), “Seltik” (Şotlandiya), “Styaua” (Rumıniya), “Viktoriya” (Çexiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Partizan” (Serbiya), “Legiya” (Polşa), “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Slovan” (Slovakiya), “Elfsborq” (İsveç), “Makkabi” (Təl-Əviv, İsrail), “Molde” (Norveç), HİK (Finlandiya), “Ekranas” (Litva), “NEFTÇİ” (AZƏRBAYCAN), “Dinamo” (Gürcüstan).

Səpələnməmişlər: “Jelezniçar” (Bosniya və Herseqovina), “Hafnarfyordur” (İslandiya), “Qyor” (Macarıstan), TNS (Uels), “Ludoqorets” (Bolqarıstan), “Sliqo Rovers” (İrlandiya), “Şaxtyor” (Qazaxıstan), “Skenderbeu” (Albaniya), “Birkirkara” (Malta), “Kliftonvill” (Şimali İrlandiya), “Vardar” (Makedoniya), “Dauqava” (Latviya), “Nomme Kalyu” (Estoniya), “Fola” (Lüksemburq), “Sutyeska” (Monteneqro), I təsnifat mərhələsinin 2 qalibi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail