"Məgər, Azərbaycana qalib gəlmək böyük problemdir?"

05.06.2013 | 4040 dəfə oxunub

Dünya çempionatı 2014-ün seçmə mərhələsində milli komandamızın da yer aldığı qrupda iyunun 7-də keçiriləcək Portuqaliya - Rusiya matçından öncə xoşagəlməz olay yaşanıb. Stadium.az xəbər verir ki, Portuqaliya qəzetlərindən birində azarkeşlər kapitan Kriştianu Ronaldonu tənqid atəşinə tutublar. Fanatlar 28 yaşlı hücumçudan Braziliyadakı dünya çempionatına düşməmək riski altında olan komandanın oyununu yaxşılaşdırılması sərt formada tələb ediblər. Azarkeşlər millinin pis çıxışında məhz Ronaldonu günahlandırırlar: “Əlbəttə, “Real”da daim qol vurmaq yaxşıdır. Ancaq unutmaq lazım deyil, bizim üçün əsas yığmadır. Milli cari seçmə mərhələdə faciəvi durumdadır! Bunda isə ilk növbədə Ronaldo günahkardır. Bəli, yığmada klubdakı kimi komanda yoldaşların yoxdur. Bununla belə, bəs ustalıq səviyyəsi və qol vurmaq bacarığı hardadır? Məgər, Azərbaycanla Şimali İrlandiya belə güclüdür ki, onlara qalib gəlmək böyük problemdir? Əgər Ronaldo özünü doğrultmaq istəyirsə, onda Rusiya ilə qarşıdakı oyunda bu komandanı “məhv edib”, azarkeşlərə ümidini qaytarmalıdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail