"Bombardirlərin siyahısında ilk 10 futbolçu arasında azərbaycanlı yoxdur"

05.06.2013 | 4674 dəfə oxunub

İyunun 7-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburq yığması ilə qarşılaşacaq millimizin baş məşqçisi Berti Foqts bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, alman məşqçi ilk növbədə hazırlıq prosesindən söz açıb: "Hazırlıqlardan razıyam. Sevinirəm ki, Qətərlə oynamaq imkanımız oldu. Çempionat bitdiyindən, futbolçular məşq etmədiyindən, bu yoldaşlıq görüşü bizim üçün vacib idi. Oyunçuların məşq prosesindən razı qalmışam. Elə oyunçular ki, 100 faiz hazır deyillər. Onlar zədəlidir və vəziyyətini gözləməliyik. Bəzi futbolçular Lüksemburqla oyundan razı qalmadığımdan, borclarını qaytarmalıdır. Hər oyunçu 100 faiz əlindən gələni etsə, onda qalib gələcəyik. Qələbəni qazanmaq lazımdır. Bizə qələbəni heç kim hədiyyə etməyəcək. İyunun 7-də qalib gəlmək istəyirik".

Foqts hücum xəttindəki problemlərdən gileylənib: "Problem təkcə Raufla Vüqarla bağlı deyil. Cihan Özkara da heyətdə yoxdur. Pərdis Fərcad-Azadın da zədəsi olduğundan, oynamağı bilinmir. Dörd hücumçunun yoxluğu itkidir. Çempionatın bombardirlər siyahısına baxsaq, ilk 10 futbolçu arasında azərbaycanlı yoxdur. Arif İsayevin ilk dəqiqələrdən oynayacağını deyə bilərəm. Onu çoxdan görməmişdim. Məşqdə razı qalsam da, Qətərlə oyunda tam istədiyimi ala bilmədim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail