Hollandiya çempionu "Qəbələ"də

05.06.2013 | 4477 dəfə oxunub

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ” daha bir futbolçunu sıralarına qatıb. Stadium.az xəbər verir ki, “Ayaks”ın heyətində iki dəfə Hollandiya çempionu tituluna yiyələnmiş gənc yarımmüdafiəçi Lorenzo Ebesilyo növbəti mövsüm “Qəbələ”nin şərəfini qoruyacaq. Futbolçu ilə birillik müqavilə imzalanıb.

24 sentyabr 1991-ci ildə dünyaya gələn Lorenzo Ebesilyo peşəkar futbolçu karyerasına Hollandiya “Ayaks”ında başlayıb. Gənc olmasına baxmayaraq, baxımlı oyunu ilə diqqət çəkən Lorenzo “Ayaks”ın heyətində 52 oyunda meydançaya çıxıb, 11 dəfə fərqlənib. Ebesilyo “Ayaks”da keçirdiyi iki mövsümdə - 2010-2011 və 2011-2012 mövsümlərində Hollandiya çempionluğuna yiyələnib. Futbolçu komandasının Avroliqa və Çempionlar Liqası oyunlarında da forma geyinib. Lorenzo son mövsümdə Donetsk "Metallurq"unda top qovub.

Ebesilyo 2007-ci ildən - 16 yaşından Hollandiyanın aşağı yaş qrupları üzrə milli komandalarına dəvət  alıb. O “zanbaqlar ölkəsi”nin U-16, U-17, U-18, U-19 və U-21 komandalarının şərəfini qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail