"Türkiyə Superkubokundan imtina etməyimizin yeganə səbəbi..."

05.06.2013 | 3880 dəfə oxunub

AFFA prezidenti Rövnəq Abdullayev Türkiyə Superkuboku uğrunda “Qalatasaray” - “Fənərbaxça” matçının Bakıda baş tutmamağına aydınlıq gətirib. Stadium.az "Ajansspor"a istinadən xəbər verir ki, assosiasiya rəhbəri Türkiyə Futbol Federasiyasının (TFF) müraciətinə niyə müsbət cavab verə bilməməklərini səbəbini açıqlayıb.

O bildirib ki, TFF-nin nəzərdə tutduğu tarixdə - avqustun 11-dən 1 gün sonra matçın keçirilməsi nəzərdə tutulan Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan komandalarının oyunu planlaşdırılıb: “Öz komandalarımız üçün stadionun hazırlanması və oyuna hazırlıq məsələləri gündəmə gəldiyi üçün məcburən mənfi cavab verdik. Həmin tarixdə matçın gerçəkləşməsi imkansız olduğundan, belə alındı”.

AFFA prezidenti Superkubok matçının oynayacağı gün Azərbaycana xeyli “Qalatasaray” və “Fənərbaxça” azarkeşlərinin gələcəyi, təhlükəsizlik problemlərinin yaranacağı və ölkəmizin qərarının bu səbəbdən mənfi olmağı ilə bağlı iddiaları yanlış olduğunu söyləyib: “Qalatasaray” və “Fənərbaxça”nın əzəli rəqabətindən və bunun tərəfdarlara necə təsir etdiyindən xəbərdarıq. Ancaq verdiyimiz qərarda bu məsələnin heç bir təsiri olmadı. Təhlükəsizlik məsələləri Azərbaycan üçün problem deyil. Yeganə səbəb öz komandalarımızın keçirəcəyi oyunla Türkiyə Superkuboku matçının eyni tarixlərə düşməyidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail