"İnter" hazırlıqlarını davam etdirir

06.06.2013 | 3563 dəfə oxunub

"İnter" Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışını davam etdirir. Stadium.az xəbər verir ki, toplanışın 3-cü günün ilk məşqinə saat 11.00-da start verilib. Yağış altında keçən məşq isinmə hərəkətlərdən və  müxtəlif məsafələrə qaçışdan ibarət olub. Axşam saat 17.00-da başlayan məşqdə isə futbolçular topla çalışıblar. Ötürmələr üzərində çalışan futbolçular, daha sonra şərti olaraq iki komandaya bölünərək meydanın yarı hissəsində futbol oynayıblar.

Qeyd edək ki, hazırlıq planına əsasən "İnter" bu gün də iki dəfə məşq edəcək.

Bu arada klubun prezidenti Georgi Nikolov dünən səhər saatlarında Türkiyəyə  gələrək, burada təlim-məşq toplanışı keçən komandanın düşərgəsinə baş çəkib. Klub rəhbəri futbolçu, məşqçi və texniki heyətlə görüşüb, onların qayğılarıyla maraqlanıb və komandanın hər bir üzvünə toplanışda uğurlar arzulayıb. Daha sonra Georgi Nikolov "İnter"in axşam məşqini izləyib.

Əlavə edək ki, "İnter"in ilk təlim-məşq toplanışı iyunun 11-də başa çatacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail