Millimiz dünya reytinqində cüzi irəliləyişə nail oldu

06.06.2013 | 4332 dəfə oxunub

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Stadium.az xəbər verir ki, yığma komandamız ötən ayla müqayisədə 2 pillə irəliləyərək, 118-ci yerə yüksəlib. Hazırda millimizin hesabında 291 reytinq balı var. Komandamız reytinq sıralamasında cüzi irəliləyişə nail olsa da, hələ də Benin, Surinam, Tacikistan, Tanzaniya, Efiopiya kimi ölkələrdən geridə qalır.

Dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Portuqaliya millisi ötən ayla müqayisədə 1 pillə geriləyərək, beşinci yerə enib. Rusiya millisi əvvəlki kimi 11-cidir. Portuqaliya kimi İsrail də sıralamada geriləyib. 3 pillə geriləyən İsrail yığması hazırda 62-cidir. Bu komandalardan fərqli olaraq, Şimali İrlandiya yığması ötən ayla müqayisədə 3 pillə irəliləyib və hazırda 116-cıdır. Sabah yığmamızla qarşılaşacaq Lüksemburq millisi də 3 pillə irəliləyib və hazırda 145-cidir.  

Dünya reytinqinə əvvəlki kimi İspaniya millisi başçılıq edir. Almaniya ikinci, Argentina isə üçüncüdür. İlk "10-luq"da həmçinin Xorvatiya, Hollandiya, Portuqaliya, Kolumbiya, İtaliya, İngiltərə və Ekvador milliləri qərarlaşıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail