"Xəzər Lənkəran"ın baş məşqçisi: "Beyl Neymardan daha yaxşı oyunçudu"

07.06.2013 | 5888 dəfə oxunub

Uels millisinin sabiq baş məşqçisi, "Xəzər Lənkəran"ın hazırki çalışdırıcısı Con Toşak həmyerlisi, "Tottenhem"in aparıcı üzvü Qaret Beyl haqda danışıb. Stadium.az xəbər verir ki, İspaniyanın "AS" nəşrinə verdiyi açıqlamada Toşak Beyl haqda müsbət fikirlər səsləndirib: "Hətta kor da hiss edə bilir ki, Beyl xüsusi futbolçudur. O həmçinin təvazökar və əsl peşəkardı. Aldığı zədələr onu daha güclü futbolçu etdi. Messinin təkrarolunmaz futbolçu olduğunu bildirirlər. Eləcə də Kriştianu Ronaldo haqda tez-tez yaxşı sözlər eşidirik. Beyl də artıq onların səviyyəsinə çatır. İndi Beyl İspaniyanın 2 ən güclü klubundan birinə keçməli və daim Çempionlar Liqasında oynamalıdır".

"Xəzər Lənkəran"ın baş məşqçisi həmyerlisini braziliyalı ulduz, bir neçə gün əvvəl "Barselona"ya keçən Neymarla da müqayisə edib: "Qaret Neymardan daha yaxşı futbolçudur. Çünki o daha güclü çempionatda çıxış edir. Neymarın "Barselona"da necə oynayacağını hələ bilmirik. Hansısa futbolçu 100 milyon avroya layiqdirsə, bu, elə Beyldi". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail