Həkimlər "İnter"in böyrəyi çıxarılmış futbolçusu haqda açıqlama verdilər

08.06.2013 | 5246 dəfə oxunub

Xəbər verdiyimiz kimi, əvəzedici heyətlər arasında keçirilən Azərbaycan Çempionatı çərçivəsində baş tutan “İnter” - “Simurq” matçında meydan sahiblərijin gənc yarımmüdafiəçisi Fuad Bayramov ağır zədə aldı. Nəticədə futbolçunun böyrəyinin biri çıxarıldı. Stadium.az xəbər verir ki, iyunun 2-də Fuad Bayramov da “İnter” komandasının heyətində Türkiyəyə təlim-məşq toplanışına yollandı. Gənc yarımmüdafiəçi hələlik məşqlərdə iştirak etmir, yalnız yüngül qaçışlarla kifayətlənir.

 "İnter"in həkimləri İqor Qorobets və Səhhət Rüstəmzadə oyunçunun vəziyyəti haqqında klubun rəsmi saytına məlumat veriblər. Onlar F.Bayramovun bərpa prosesinin gedişi barədə danışıblar və onun məqşlərə nə zaman başalayacağını bildiriblər. Həkimlərin sözlərinə görə, futbolçuya 3 ay məşq etmək olmaz. İkinci böyrəyin yeni yükləmələrə uyğunlaşması lazımdır. Yəni ikinci böyrək çıxarılmış böyrəyin funksiyalarını üzərinə götürməlidir. 3 ay ərzində futbolçuya müəyyən tapşırıqlar veriləcək və bu yükləmələr hər ay 30 faiz artacaq. Yəni zədədən 4 ay sonra Fuad Bayramova ümumi yükləmənin 30 faizi qədər məşğələlər veriləcək, növbəti ay bu rəqəm 60 faizədək artacaq və altıncı ayda futbolçu 90 faizlik yükləməyə yaxınlaşacaq. Sonra həkimlər orqanizmin bu yükləmələri qəbul etməsinə nəzarət edəcəklər. Altıncı ayda oyunçunun səhhətində hər şey normal olarsa, o zaman o, ümumi qrupla məşq etməyə başlayacaq. Hər şey analizin nəticələrindən və orqanizmin vəziyyətindən asılı olacaq. Proses həkimlərin planlaşdırdığı normal axarda davam edərsə, o zaman Fuad Bayramov böyrəyi çıxarılandan 6 ay sonra komandayla birlikdə məşqlərə qatılacaq. Onun əzələlərinin 3-6 ay arası dövrdə tonusda olması vacibdir, çünki yükləmələrin sərt olmaması əhəmiyyət kəsb edir. Böyrək orqanizmdə çox mühüm funksiyanı yerinə yetirir və buna görə də, F.Bayramovun vəziyyətini diqqətlə izləmək lazımdır.

Qeyd edək ki, futbolda karyerasını başa vurmuş və hələ də meydançalara çıxmaqda davam edən bir çox böyrəyi çıxarılan futbolçu var. Belə ki, 2010-cu ildə böyrəyi çıxarılmış fransalı futbolçu Fabyen Lemuan indi də futbol oynayır. Bundan başqa, Moskvanın MOİK və “Kuban” klubunun yarımmüdafiəçisi Valeri Minkonu da qeyd etmək olar. Bu futbolçu 1993-cü ildə böyrəyinin birini itirmişdi və peşəkar karyerasını keçirdiyi cərrahi əməliyyatdan 9 il sonra başa vurmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail