Naci Şensoy: “Foqtsun daha 5 il yaşayacağına kim zəmanət verə bilər ki?” Müsahibə

“İNTER”, “QARABAĞ” VƏ “XƏZƏR LƏNKƏRAN” KLUBLARI “NEFTÇİ”Nİ SAÇINDAN TUTUB AŞAĞI ÇƏKMƏMƏLİDİR”

10.06.2013 | 7056 dəfə oxunub

Bir zamanlarTuranı çalışdıran Naci Şensoy hazırda Albaniya liqasında işləyir. Hər zaman milliyə baş məşqçi namizədlər arasında adı hallanan türk əsilli məşqçiylə söhbətləşdik. Həm geridə qalan mövsüm, həm millimizin son oyunu barədə.

- Naci bəy, necəsiz, necə keçdi mövsüm?

- Albaniyada kubok finali məni bir balaca yordu. Albaniya Liqası bir az aqressiv keçdiyi üçün, bir balaca yorulmuşam dincəlirəm. Çalışdırdığım kiçik bir komanda olanBilisi finala çıxartdım, ancak federasiya kuboku bizə vermək istəmədi təxminən 100 dəqiqə 10 nəfərlə oynadıq. Sonda da kuboku rəsmənLaçi hədiyyə etdilər.

- Azərbaycan futbolunu yenə izləyirsizmi?

- Əlbəttə, mümkün olduğu qədər internetdən izləyirəm.

- Sizcə bu mövsüm necə keçdi?

- Tam səmimi deyirəm, “Neftçini təbrik edirəm. Çox uğurlu mövsüm keçirərək həm çempion oldular, həm kuboku qazandılar. Bu komandanın qazandığı uğurlar təkcə düzgün görmələrinin nəticəsi deyil. Klubun prezidentini tanımıram, amma baxıram ki, o, çox yaxşı işlər görür. Həm təkcə o yox, bütün rəhbərlik peşəkarca çalışır. Onlar klubun adını, prestijini yuxarılara yüksəltməyi bacardılar. “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağkimi klubların bu yöndə sağlam rəqib olmamaları da,  “Neftçinin belə uğur qazanmasına səbəb oldu. Məncə güclü rəqabətin olmamasından bu komanda son 3 ildə maksimum yararlandı.

- Kubokun finalına baxdız?

- Finalı izlədim, normal oyun oldu. Təəssüf edirəm ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da belə dava-dalaşlı olay yaşandı. İnkişaf üçün addımlayan bir ölkənin futbolu üçün yaxşı hal olmadı. Çünki bu məqam hər yerdə Azərbaycan üçün neqativ bir reklam oldu. Buna görə , qalmaqala səbəb olan aktyorları cəzalandırmalı, lazım gələrsə futboldan silib atmaq lazımdırHeç kimin haqqı yoxdur ki, azərbaycanlılarıfair-play”’ə kölgə salacaq duruma düşürsün, öz vətənini dünyaya bu cür tanıtması üçün onları buna təhrik etsin.

- Sizcə, bu mövsüm Avrokuboklarda hansı klubumuz uğurla çıxış edəcək?

- MəncəNeftçiyenə uğurlu çıxış edəcək. Təbii ki, bu heyətlərini qoruya daha da gücləndirə bilsələrDigər klublar isə idarəetmədə çox böyük səhvlər edir. Xüsusən Bakıklubu. Digər klublarNeftçini saçından tutub aşağı çəkməməli, bu komandaya qarşı qısqanclıq hisləri yaşamamalıdırlar. Tam tərsinə olaraq, “Neftçinin qazandığı bu uğurun daha yaxşısınınecə edə bilərəmdeyə görməlidirlər. Ancaq belə bir düşüncə Azərbaycan futbolunu irəliyə apara bilər.

- Azərbaycan Lüksemburq oyununu izləmisiniz?

-Yox, təəssüflər olsun, baxa bilmədim. Nəticəni eşidəndə isə çox üzüldüm.

- Sizə deyim , bəxtimiz gətirdi ki, bir xal qazana bildik...

- Mən bir neçə dəfə demişəm, yenə təkrar edirəm, Azərbaycan millisini yerli məşqçi çalışdırmalıdır. Çünki Berti Foqts həm uğursuzdu, həm uğur qazanmaq üçün can yandırmır. Uğur qazanmaq üçün Foqtsda heç bir həyacan görmürəm. O, sadəcə olaraq Azərbaycana gələndə günlərini sayır, pulunu alır, Alaminyaya dönərək istirahəti ilə məşğul olur. Əgər sən doğma meydanda Lüksemburqu uda bilmirsənsə, daha niyə oturursan orda? Tam əminliklə deyə bilərəm ki, yerli məşqçi olsaydı, belə nəticədən sonra bəlkə , artıq onu qovmuşdular. Berti Foqtsla yollar dərhal ayrılmalı, Azərbaycan millisi yerli məşqçiyə həvalə olmalıdır. Bu da ya Qurban Qurbanov, ya da Böyükağa Hacıyev olmalıdır. Klubdan fərqli olaraq, millidə baş məşqçi öz hislərini, emosiyalarını futbolçulara dolğun şəkildə çatdırmalıdır. Əgər bunu tərcüməçi çatdırırsa, orada çətin ki, uğur ola.

- Naci bəy, amma AFFA Foqtsu göndərmək istəmir...

- Bax, belə inad da Azərbaycan futbolunu qabağa aparmayacaq. AFFA rəhbərliyi bu inadından əl çəkib bir düşünməlidir ki, arxada qalan bu illər ərzində Foqts onlara verib? Ağılları varsa düşünsələr görəcəklər ki, heç bir şey.

- Bizim millidən təklif gəlsə qəbul edərsiz?

- Təbii ki, hər şeydən əvvəl bu mənim üçün böyük bir şərəf olar. O vaxt Ramiz Mirzəyev məni milliyə baş məşqçi gətirəcəkdi, amma vaxtsız vəfatı buna əngəl oldu. O da şanssız oldu, mən . Naci Şensoy olaraq Azərbaycan millisində uğurlu olacağıma heç kim şübhə edə bilməz. Unutmayın, Türkiyə futbol tarixində UEFA PRO lisenziyasını alan ilk məşqçi mənəm indiyədək 6 müxtəlif ölkədə çalışdım. Həm Bolqarıstanda, həm Albaniyada balaca bir klubu iki dəfə kubokun finalına çıxartdım. “NeftçiQalatasaraykimi böyük klublarda uğur qazanmaq asan işdir, əsas uğur odur ki, bunu balaca - kiçik bir klubda qazanasan.

- Foqts bildirib ki, onun əsas məqsədiAvro 2016” 2018”ə millini yüksəltməkdir...

- Vay, vay... Bu, sadəcə arsızlıqdır. Necə yəni 2018? Buna hələ 5 il var. Foqts isə 70 yaşında, onun daha 5 il yaşayacağına kim zəmanət verə bilər ki? Foqts tam olaraq Türkiyə millisini çalışdıran Abdullah Avcıyla eyni mövqedən çıxış edir. Bu tamamilə səhv bir fikirdir. Heç kim Foqtsa deməyib ki, 5 il sonranın komandasını indidən qur. Türklərin Abdullah Avcıya demədiyi kimi. Millini çalışdıran məşqçi əvvəlcə qarşıdakı oyunu fikirləşməli, bununla yanaşı sistemini oturtmağa çalışmalıdır.

- Sizcə Azərbaycan millisindəki bu futbolçularla böyük uğurlar qazanmaq olar?

- Niyə olmasın? Məsələ futbolçularda deyil ki. Əsas odur ki, Azərbaycan Premyer Liqasınn bütün oyunlarını izləmək, digər klubların məşqçiləriylə səmimi dialoqlar qurmaq, onların fikirlərini öyrənmək analiz etmək lazımdırMillinin məşqçisi 24 saat AFFA-dan çıxmamalı, futbolun inkişafı üçün çalışmalıdır.

Söhbətləşdi: ELNUR, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail