Yuri Syomin: "İndi buna cavab verməyə hazır deyiləm" Müsahibə

20.06.2013 | 4225 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Yuri Syominin Rusiya mətbuatına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Klubda işə nə vaxt başlayırsınız?
- İyunun 25-də növbəti mövsümə hazırlığa başlayırıq.

- Rusiya ilə müqayisədə Azərbaycan futbolunun səviyyəsi haqda nə düşünürsünüz?
- Belə nəticələr çıxartmaq üçün yerli futbolu əsaslı öyrənmək lazımdır. Buna isə vaxt gərəkdir. Ancaq istənilən halda, hansı çempionat olursa-olsun, hər yerdə ciddi hazırlaşmaq, fikirləşərək komandanı komplektləşdirmək, böyük məsuliyyət lazımdır. Hər çempionat özünəməxsus çətindir. Məşqçilik karyeramın əvvəlində Düşənbənin “Pamir” klubunda işləyirdim və onda komanda axırıncı yerdə idi. Ancaq həmin vəziyyətdən birgə çıxdıq. “Lokomotiv”ə gəldiyim zaman I liqada oynayırdı. Can atmağa nəsə vardı. Buna görə indiki işim mənə tanışdır və maraqlıdır.

- “Qəbələ”nin qarşısına avrokuboklara çıxmaq vəzifəsi qoyulub?
- Bəli. Məşqçinin qarşısında həmişə ciddi vəzifələr durur (gülür).

- Komandanıza birgə işinizdən tanıdığınız futbolçular dəvət etməyə hazırlaşırsınız?
- İndi buna cavab verməyə hazır deyiləm.

- Ancaq bu, mümkündür?
- Tamamilə ola bilər. Əgər onlar bizim təklifi bəyənirsə, səviyyələri isə bizi qane edirsə, bu, realdır.

- “Qəbələ”də işləmək üçün şərait Rusiyanın ən yaxşı klubları ilə müqayisə olunandır?
- Əvvəlcə onu qeyd edim ki, Azərbaycanda futbolun inkişafına böyük əhəmiyyət verilir. Bunun üçün çox şey edilir. Burada yetərincə yaxşı müasir stadionlar var, gözəl meydançalar doludur. Mən Avropanın güclü klublarının, o cümlədən “Barselona”nın iştirakı ilə mütəmadi yeniyetmələr arasında turnirlər keçirilən bazaları görmüşəm. Fikrimcə, artıq bu, ölkədə futbol infrastrukturunu xarakterizə edir. Həmin sözləri “Qəbələ”dəki şərait haqda da demək olar.

- Azərbaycanda futbolun populyarlığını özünüzdə hiss edə bilmisiniz?
- Yəqin ki hə. Əlbəttə, bu, hələ Rusiyadakı səviyyədə deyil. Ancaq yalnız futbola maraq yox, həm də insanların işi görünür. Onlar yerli futbolçuların inkişaf etməyi üçün mümkün olan hər şeyi edirlər. Hesab edirəm ki, Azərbaycanda SSRİ vaxtında olan səviyyəyə çatmaq üçün hər şey var. Onda “Neftçi”də ölkənin yığmasının dahi futbolçuları – Banişevski, Tuayev, Semiqlazov oynayırdı. Bakı komandası ilə ölkə çempionatına mükafatçı yer tutdu.

- Yeri gəlmişkən, Birləşmiş çempionat haqda nə düşünürsünüz?
- Mən bu mövzuda Azərbaycanda heç kimlə danışmamışam.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail