"Rəvan" yeni mövsümün hazırlığına start verdi

20.06.2013 | 3827 dəfə oxunub

"Rəvan” Futbol Klubu 2013/14 mövsümünə hazırlıqlara rəsmən start verdi. Stadium.az xəbər verir ki, dünən komandanın yerli üzvləri həkim müayinəsindən keçdikdən sonra bu gün artıq məşqlərə başlanılıb. Legionerlər düşərgəyə 23-nə qədər qoşulacaq və onlar tibbi baxışdan ayın 24-də keçəcək.

Bugünkü məşqə gəlincə, "Bayıl stadionu”nda baş tutan ilk hazırlıqda heç də bütün yerli oyunçular iştirak edə bilməyib. Nodar Məmmədov, Tofiq Mikayılov, Bəxtiyar Soltanov, Hüseyn Axundov və Ramazan Abbasov hərbçilər arasında keçiriləcək dünya çempionatına hazırlaşan milli komandamızın heyətində yer aldığından onlar hazırlığın bir hissəsini buraxacaq. Belədə baş məşqçi Ramil Əliyev hazırlıqda əvəzedici komandadan bəzi oyunçuları, o cümlədən aşağı yaş qrupları üzrə komandalarımızdan bir neçə futbolçunu sınayır.

Məşqin özü isə ilk olduğundan sakit məcrada cərəyan etdi. Baş məşqçi futbolçuları artan templə hazırlamağı məqsədəuyğun bildiyindən bu gün yüngül məşq oldu. Amma topla rəftara xüsusi diqqət ayıran Ramil Əliyev qapıya zərbələr, "kvadrat” və ikitərəfli oyunu da yaddan çıxarmadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail