Fərhad Vəliyev: "Çempionatda qorxduğum hücumçu yoxdu" Müsahibə

21.06.2013 | 4912 dəfə oxunub

“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev "İmarət" fan-klubunun Facebook səhifəsinə müsahibı verib. Stadium.az həmin müsahibə təqdim edir:

- Ötən mövsüm digər qapıçımız Miro Varvodiçlə əsas heyəti paylaşdın. Bu, sənin performansına nə dərəcədə təsir etdi?

- Ümumi götürəndə Miro ilə yarıbayarı oynadıq. İkimiz də sabit çıxış etdik. Buna baxmayaraq, ikimiz də öz formamızı yaxşı saxladıq, komanda üçün əlimizdən gələni etdik. Təbii ki, hər oyunçu əsas heyətdə meydana çıxmaq istəyir. Ancaq, düşünürəm ki, ehtiyatda qalmağım mənə pis təsir etmədi.

- Ötən mövsümdə hansı oyunun yaxşı, hansı oyununun uğursuz alındı?

- Uğurlu keçirdiyim oyun çox oldu. “Neftçi” ilə kubok qarşılaşmasının ilk matçında uğursuz çıxış etdiyimi düşünürəm. İndi fikirləşəndə AZAL ilə 2:0-lıq oyun yadıma gəlir ki, həmin oyunda üstün performans sərgiləmişdim.

- Fərhadın Avropadakı performansı deyəndə “Visla” ilə oyundakı möhtəşəm qurtarışlar və “Borussia” ilə oyundakı uğursuz çıxış yada düşür. Qarşıdan Avroliqa oyunları gəlir. Fərhad bu mübarizəyə nə dərəcədə hazırdı?

- Keçmiş Avroliqa oyunlarını yada salanda bizim oyunlarımızın komanda baxımından çoxu yaxşı bitib. O vaxtdan bu yana təcrübə baxımından əlbəttə ki irəliləyiş var. Bu gün biz ancaq Avropaya köklənmişik. Bütün komanda ilə birgə uğurları planlayırıq. Mən də psixoloji cəhətdən özümü tam hazır hiss edirəm. Qoy, azarkeşlərimiz narahat olmasınlar.

- Sənin üçün ev oyunları ilə rəqib meydandakı oyunların nə dərəcədə fərqi olur?

- Ev oyunlarında öz azarkeşimiz qarşısında daha həvəsli oynayırıq. Əlbəttə bu, bizə müsbət təsir edir. Ancaq yaş artdıqca, rəqib meydanda oynasan belə özünü toparlaya bilirsən. Yalnız gənc yaşlarda rəqib meydanlarda həyacan olurdu.

- Azərbaycan çempionatında sənə daha çox çətinlik yaşadan hüçumçu kim olub?

- Çempionatda qorxduğum hücumçu yoxdu. Bütün hücumçulara eyni cür fikirlə yanaşmışam və oyunda olarkən eyni məsuliyyəti hiss edirəm.

- Klubun heyətinə yeni gənc qapıçılar cəlb olunur. Onlar barədə fikirlərin necədi?

- Potensiallı yoldaşlardı. Çalışıram öz təcrübəmdən də onlarla paylaşam. Ağaseyid gənc qapıçımızdı. Perespektivli və ən əsası, həvəsli biridi. İnşallah gələcəkdə bizə çox xeyri dəyəcək.

- Azarkeşlər hər zaman sən qapıda olarkən xilasedici biri olduğuna inanırlar. Həmin azarkeşlərə bir sözün varmı?

- Mənə ümid bəsləyənlərin hər zaman ümidini doğrultmağa çalışıram. Yaxşı gündə də, pis gündə də bizim yanımızda olublar. Onlara təşəkkürümü bildirirəm. İnşallah dəstəyə davam edərlər və bizim qələbəmizdə pay sahibi olarlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail