"Qarabağ"ın yeni transferi: "Əlimdən gələni edəcəm ki, bu həsrətə son verək" Müsahibə

21.06.2013 | 7252 dəfə oxunub

"Qarabağ"ın yeni transferi Nikoloz Gelaşvili "İmarət" fan-klubunun sualları cavablandırıb. Stadium.az həmin müsahibəni təqdim edir:

- "Qarabağ" futbol klubu barədə ilk fikirlərin necədir?

- Komanda çox yaxşı təsir bağışlayır. Burada mehribançılıq var, çünki hamı biri birilə dostluq münasibətindədir.

- Öz fiziki durumun necədir?

- Vəziyyətim normaldır. Hal-hazırda məşqlər davam edirəm. Çalışıram ki, komandaya kömək etmək üçün daha yaxşı formada olum. Hər şey yaxşıdır.

- Transfer olmazdan əvvəl "Qarabağ" FK barədə məlumatınız var idimi?

- Bəli, bu ölkədə olan gürcü futbolçular "Qarabağ" barədə mənə müsbət məlumat vermişdilər. Demişdilər ki, "Qarabağ" ən yaxşı oynayan komandalardan biridir. Pressinq və sürəti ilə seçilir.

 - Əvvəl "Qarabağ"da oynayan gürcü futbolçu Adamiyaya qısa olaraq azarkeşlər “Bico” deyirdi. Sənə qısa olaraq nə cür müraciət olunmasını istərdin?

- (Gülür) İstəyərdim azarkeşlər mənə Niko desinlər.

- Sən komandaya transfer olmazdan əvvəl hücum xəttində boşluq var idi. Bu boşluğu dolduracağına inanırsanmı?

- Bunu zaman göstərər. Mən özümü tərifləməyi xoşlamıram. Ancaq özümə inamım var. Komanda ilə bir yerdə yaxşı nəticələr verə biləcəyimə inanıram.

- Nikonun "Qarabağ"da futbolçu kimi hədəflərdi nədir?

- Birinci olaraq Avroliqada yaxşı nəticələr vermək istəyirəm. Bir də eşitmişəm ki, "Qarabağ" 17 ildir çempion olmur. Əlimdən gələni edəcəm ki, biz bu həsrətə son verək.

- "Qarabağ"da oynayarkən yenə Gürcüstan milli komandasına dəvət alacağına inanırsan?

- "Qarabağ" güclü komandadır. Burada oynamaq mənim özüm üçün də yaxşı olacaq. Əlbəttə ki, yaxşı nəticə verə bilsəm, milli komandamıza çağrılacağam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail