"Xəzər Lənkəran"a yeni futbolçu qoşuldu

22.06.2013 | 5343 dəfə oxunub

Almaniyada yay təlim məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” toplanışın üçüncü günündə planlaşdırılan yeganə məşqini səhər saatlarında keçirdi. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fiziki çalışmalar üzərində başlayan hazırlıqda məşqçilər korpusu toplu və topsuz çalışmaların futbolçular tərəfindən yerinə yetirilməsinə nəzarət etdilər. Əsasən hazırlığın şən ab-havada keçməsi xüsusi qeyd olunmalıdır. Dünəndən düşərgəyə gələn yeni futbolçu, “Sumqayıt” klubunun və A milli komandamızın şərəfini qoruyan Pərdis Fərcad-Azad bu gün fərdi məşqlə komandanın sıralarına qoşuldu. Hücumçu mövqeyində çıxış edən iran əsilli futbolçu ilə tibbi baxışdan keçdikdən sonra münasibətlər rəsmiləşəcək. Sabah isə Con Bencamin Toşak futbolçulara istirahət verib. Komanda səhər saatlarında Münhen şəhərinə gəzintiyə çıxacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail