"Neftçi" slovakiyalı hücumçu ilə maraqlanır

22.06.2013 | 6220 dəfə oxunub

“Neftçi” klubu Polşanın “Podbeskidze” komandasının futbolçusu Robert Demyanı transfer etmək istəyir. Stadium.az xəbər verir ki, bu barədə yerli “Fakt” nəşrinə slovakiyalı mərkəz hücumçusunun meneceri Mixal Holeşçak açıqlama verib.

O bildirib ki, “ağ-qaralar” 31 yaşlı forvard üçün çox yaxşı maliyyə şərtləri təklif ediblər. Demyanla Polşanın daha iddialı klublarından əlavə, Ukraynanın “Qoverla”, Yunanıstanın PAOK və “Olimpiakos”, Almaniyanın “Dinamo” (Drezden) komandaları da maraqlanır. Hücumçunun hazırkı klubu ilə anlaşması iyunun sonlarında başa çatacaq. Menecerinin sözlərinə görə, Demyan özünü Polşa çempionatında yaxşı hiss edir və karyerasını elə Ekstraklass Liqasında davam etdirməsi tam mümkündür.

Qeyd edək ki, Robert Demyan ötən mövsüm 14 qolla Polşa çempionatının bombardiri olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail