Anar Bəkirov: “Simurq” mövsümü yaxşı nəticə ilə başa vurdu" Müsahibə

23.06.2013 | 6141 dəfə oxunub

"Simurq"un  prezidenti Anar Bəkirov klubun rəsmi saytına müsahibə verib. Anar Bəkirov geridə qalan mövsümlə yanaşı, “Simurq”un gələcək planları haqqında sualları da cavablandırıb.

Anar müəllim, ötən mövsümü komandamız üçün necə dəyərləndirərdiz?

- Deyərdim ki, geridə qalan futbol ili “Simurq” üçün gözləniləndən yaxşı oldu. Mövsümün əvvəlində həqiqətən komandanın bu cür nəticə göstərəcəyini düşünmürdüm. Ancaq ilk “altılıq”a düşmək hədəflərimiz içərisində idi. Bunun üçün yaxşı hazırlıq və seleksiya işləri apardıq. Bu işdə məşqçilər korpusunun əziyyətinidə qeyd edərdim. Bizdə öz növbəmizdə komandanın hər bir ehtiyacını qarşılamağa çalışdıq. Nəticə isə hazırda göz qabağındadır. Çəkilən əziyyətin nəticəsində ilk “altılıq”da özümüzə yer elədik. Təəssüf ki, fasilədən sonra komandanın oyununda geriləmə oldu. Çempionatın son turlarında istədiyimiz nəticələri qazana bilmədik. Artıq rəqiblərdə bizimlə oyunlara xüsusi önəm verirdi, ehtiyyat edirdilər. Ancaq bütün bunlara baxmayaraq hesab edirəm ki, “Simurq” mövsümü yaxşı nəticə ilə başa vurdu. 

“Simurq”un bu mövsümkü nəticələri gözlədiyiniz kimi oldu?

- Uğurlu oldu. Həqiqətən də, komandadan bu cür nəticə gözləmirdim. Zəhmətimiz öz bəhrəsini verdi. Əsas heyətimiz Premyer Liqanı dördüncü pillədə tamamladı. Hətta, bir az bəxt amili biz tərəfə olsaydı, indi Avrokuboklara hazırlaşırdıq. Əvəzedicilər isə bu mövsüm “Simurq”un tarixində bir ilkə imza atdı. Qısa bir zaman ərzində görülən işlərin nəticəsində bizim komandamız çempionatı gümüş medallarla tamamladı. Xüsusən əvəzedici heyətin məşqçilər korpusunun işini vurğulamaq istəyərdim. Seleksiya işləri aparıb komandaya yeni futbolçular cəlb elədilər. Onlar arasından artıq üçü özlərin doğrultduğundan əsas heyətə qoşulub. Ancaq bu hələ son deyil. Bir necə futbolçuda var ki, baş məşqçimizin nəzarəti altındadır. Onlarda bir az öz üzərlərində işləsələr, məşqçilərin tapşırıqlarına əməl eləsələr, inanıram ki, qısa bir zamanda əsas komandada özlərinə yer edə biləcəklər. Xüsusən göstəriş vermişəm ki, ən əsas diqqət yerli bölgəni əhatə edən futbolçulara verilsin. Onların üzə çıxarılması üçün lazımı işlər görülsün. Artıq bu istiqamətdə də işlər davam edir. Təsadüfü deyil ki, bu mövsüm nəticə verən əvəzedici heyətin yarıdan çoxu məhz zaqatalalı futbolçulardır. Bir neçə ildən sonra bu uşaqlar “Simurq”un əsasını təşkil edəcəklər.

Komandamızla bağlı gündəmdə olan əsas məsələlərdən biri 20 futbolçu ilə yolların ayrılması oldu. Sizcə bu heyəti qorumaq olmazdımı?

- Qeyd edim ki, bu mövsüm biz, o qədər də çox olmayan büdcə ilə yaxşı bir kollektiv yarada bilmişdik. Bununda nəticəsini hər kəs gördü. Əlbəttə, istəyərdik ki, heyəti qoruyaq. Ancaq bu tam bizdən asılı olan məsələ deyildi. Futbolçular çempionatda özlərini yaxşı tərəfdən göstərdilər. Nəticədə onlara daha iddialı və maddi imkanı yüksək olan klublardan təkliflər gəldi. Onlarda təbii ki, peşəkar futbolçulardır. Karyeralarını daha güclü, daim çempionluq uğrunda mübarizə aparan klublarda davam etdirmək istədilər. Bir neçəsi bunu dəyərləndirib bizimlə yollarını ayırdı, bir neçəsidə bizim klubda icarə əsasında oynadıqlarından, məxsus olduqları komandalara qayıtdılar. Bizdə onların bu istəklərinin qarşısını ala bilməzdik. O cümlədən, məşqçilər korpusunun istəyinə uyğun bəzi futbolçularla müqavilələri yeniləmədik. “Simurq”un hazırda bir məqsədi var. Çox maddi vəsait xərcləmədən, konkret büdcə ilə nəticə əldə etmək. Bu strategiya ilə də yolumuza davam edəcəyik. Çünki çox pul xərcləyib gətirdiyin oyuncu Azərbaycanda uyğunlaşınca, öz oyununu göstərincə artıq gec olur. Ancaq konkret istəklərivə uyğun futbolçunu transfer etməklə, döyüşkən komanda formalaşdırmaq mümkündür. Bu bizim işə başladığımız ikinci ildə ilk nəticəmiz idi. Çalışacağıq ki, bundan sonra davamlı olsun. Azərbaycan futboluna yeni simalar verək, çempionatda yüksək yerlər tutub ölkəmizi, Zaqatalanı Avropada təmsil edək. Heç kəsin tanımadığı Murad Səttarlı, Nicat Qurbanov, Rəşad Eyyubov kimi futbolçular ortaya çıxardaq. Rasim Ramaldanov, İlkin Qırtımov kimi Milli komandanın əsas heyətinə futbolçular yetişdirək. Bir vaxtlar “Simurq”dan yığmaya heç bir futbolçu dəvət edilmirdi. Ancaq bu mövsüm demək olar ki, həm U-19-a, həm U-21-ə, həm də əsas milliyə komandamızın üzvləri ardıcıl çağrılırdı.

Hazırda heyətin formalaşdırılmasında hansı çətinliklərlə üzləşirsiz?

- Deyərdim ki, problemlər eynidir. “Simurq” bölgə klubu olduğundan bura futbolçu gətirmək çox çətin məsələdir. Həm yerli, həm də legioner oyunçular istəyirlər ki, Bakıda yaşasınlar. Çünkü Zaqataladan fərqli olaraq, paytaxda boş vaxtlarını səmərəli keçirmək üçün daha çox imkanlar var. Onları “Simurq”da oynamaq üçün, Zaqatalada yaşamaq üçün uzun söhbətlər aparırıq. Çalışırıq ki, hər tərəfli onları razı sala bilək. Buda bizim işimizi daha da çətinləşdirir.

Anar müəllim, mətbuatda komandamızla bağlı yazılan mövzulardan biridə Aleksandr Şemonayevin “Simurq”dan ayrılması məsələsidir. Bu barədə nə deyə bilərsiz?

- Mövsümün bitməyinə yaxın, mənim göstərişim əsasında klubun meneceri hər bir futbolçu ilə əlaqə saxlayıb, onların şərtlərini öyrənib və daha sonra onların istəklərini mənə çatdırıb. O cümlədən, Şemonayevlədə söhbəti olub. Hər bir futbolçu normal olaraq istəyir ki, daha da irəliyə getsin, daha çox qazansın. Hər kəs öz taleyini özü seçir. O da öz şərtlərini irəli sürdü. Bizdə qərara gəldik ki, o qədər məbləği ödəyə bilmərik və yollarımızı ayırdıq. Əlbəttə, bizdə istərdik ki, o da bir zaqatalalı kimi karyerasını doğma rayonunun komandasında davam etdirsin. Şemonayev çox yaxşı futbolçudur, professionaldır. Məncə özünə yaxşı, ambisiyalı komanda seçdi. Ona gələcək karyerasında uğurlar arzulayıram.

İlkin Qırtımovla, Rəşad Eyyubovunda “Simurq”dan ayrılacağı deyilirdi. Bu məsələ haqqında nə deyərdiz?                   

- Hər iki futbolçu təkliflərinin olduğunu bildirərək, “Simurq”dan ayrılmaq istəyirdi. Buda normal idi. Çünki həm Rəşad, həm də İlkin göstərdikləri oyun sayəsində digər klubların maraq dairəsinə düşmüşdülər. Çox təəssüf ki, bəzi qüvvələrin sayəsində komandadan futbolçu axını başlamışdı. Ancaq biz bunun qarşısın ala bildik. Həm Rəşadla, həm də atasıyla şəxsən görüşdüm. Valideynidə çox şad oldu ki, oğlu belə bir seçim etdi və “Simurq”da karyerasını davam etdirmək haqqında qərar verdi. Bizdə ona yeni bir təklif etdik. Yaxın vaxtlarda Rəşadla yeni müqavilə imzalayacayıq. İlkin isə təəssüflər olsun ki, bizdən getmək haqqında düşünürdü. Hazırda onunla danışıqlarımız davam edir. İlkinin bizimlə gələn mövsümün sonuna qədər müqaviləsi var. Futbolun hazırda bir xəttidə biznesdir. Heç kəs yaxşı futbolçunu kimsəyə pulsuz verməz. Bir məqamda var ki, İlkinlə bağlı heç bir komanda bizə rəsmi müraciət etməyib. Sözün düzü ona görə verilən pulda lazım deyil. Bizim üçün ən əsası odur ki, zaqatalalı gənc öz doğma rayonunun komandasının uğurları üçün mübarizə aparsın. İnanıram ki, İlkində düzgün seçim edib, bizimlə müqaviləsini yeniləcək və karyerasını “Simurq”da davam etdirib, yeni nəaliyyətlər qazanacaq. O artıq komandanın təlim-məşq toplanışlarına qatılıb. Demək olar danışıqlarımızdan sonra razılıqda verib ki, müqaviləsinin müddətini daha da artıracaq və “Simurq”un uğurları üçün çalışacaq.

Növbəti mövsüm haqqında nə düşünürsüz?

- Artıq biz indidən görürük ki, komandalar nə cür transferlər edirlər. Həmçinin hansı səviyyəli, dünyada tanınmış, nəticə qazanmış məşqçilər dəvət edilir. Bütün bunlar ondan xəbər verir ki, gələn mövsüm heç də asan olmayacaq. Ancaq bizdə öz mövqeyimizi tutmuşuq və bu yolla davam edəcəyik. Hazırda seleksiya işlərimizi davam etdiririk. Hələlik yerli futbolçular arasında seçimimizi etmişik. Ölkə xaricindəki təlim-məşq toplanışlarına baxış üçün legioner oyunçular qoşulacaq. Onlar arasında məşqçilər korpusunun inamını qazananlarla da, müqavilə imzalayacayıq. Növbəti mövsümədə iddialı heyət qurub, yüksək nəticələr uğrunda mübarizə aparacayıq. Çalışacayıq ki, Zaqatalanı ən yüksək şəkildə təmsil edək. Qazandığımız nəaliyyətlərlə kifayətlənməyəcəyik. Daha yaxşı uğurlar üçün mübarizə aparacayıq. Həmçinin istəmirik ki, transferlərə yüksək məbləğlər xərcləyək. Ondansa bu pulları uşaq futboluna, yeni istedadların tapılmasına, üzə çıxarılmasına sərf edəcəyik. İnanıram ki, növbəti mövsümdə bundan daha yaxşı göstəricilər əldə edəcəyik. Çətin olacaq. Ancaq heçnə asanlıqla əldə edilmir.

Komandanın qarşıdakı hazırlıqları barəsində nə deyə bilərsiniz?

- Artıq təlim-məşq toplanışlarının birinci mərhələsinə start verilib. Bakı hazırlığında əsasən yerli futbolçular iştirak edir. Məşqləri yaxından izləyirəm. İyunun 23-də komandanı Türkiyəyə yola salacayıq. Burada düşərgəyə baxış üçün dəvət edilmiş futbolçularda qoşulacaq. Yoldaşlıq görüşlərində məşqçilər korpusu onları izləyəcəklər. Bəyəndikləri futbolçularla danışıqları aparıb, heyətə cəlbə edəcəyik. Növbəti təlim-məşq toplanışı Avstriyada keçiriləcək. Burada da baxış üçün yeni futbolçular dəvət ediləcək. Orada da dörd yoldaşlıq görüşü nəzərdə tutulub. Onlardan sonra seçimimiz edib, yeni futbolçularla heyətimizi gücləndirib, çempionata hazır olacayıq. Komandanın toplanışlarında məndə iştirak edəcəm, onları yalnız buraxmayacam. Çalışacayıq ki, “Simurq” qarşıdakı mövsümə tam və iddialı heyətlə hazır olsun. Çünki qarşımıza məqsədlər qoymuşuq. Onları həyata keçirməliyik. İnanıram ki, futbolçularda bizim əziyyətimizi yerdə qoymayacaqlar. Sonda işimizin nəticəsini ən yaxşı şəkildə əldə edəcəyik.

Zaqatala şəhər stadionunda hansı işlər görüləcək?

- Hal-hazırda Zaqatala şəhər stadionunda yenidənqurma işləri gedir. Artıq köhnə süni ot örtüyün dəyişdirilməsi üçün işlərə başlanılıb. Çalışacayıq ki, iyul ayının sonuna qədər işləri yekunlaşdıraq və ilk oyunumuzu doğma arenada keçirək. Əgər çatdırmasaq mövsümün ilk oyunlarında başqa variantlardan istifadə edəcəyik. Ancaq hazırda çalışırıq ki, Zaqatala şəhər stadinonda yüksək keyfiyyətlərə cavab verən, son model süni ot örtüyündən istifadə edək. Stadionda yenidənqurma işlərini Bolqarıstanın “Dinamik Resurs” şirkəti həyata keçirir. Onlar Zaqatalada Hollandiyanın “Edel Qras” şirkətinin 2013-cü il istehsalı olan, FİFA-nın 2 ulduzlu standartlarında və təbii meydançadan heç bir xüsusiyyəti ilə fərqlənməyən örtükdən istifadə edəcəklər. Həmçinin yardımçı meydanda eyni keyfiyyətli örtüklə örtüləcək. Təbii ki, bütün bunlar böyük vəsait tələb edir. Ancaq biz buna hazırıq. Gənc nəslin yetişməsi, istedadlı uşaqların inkişafı üçün nə lazımdırsa etməyə çalışacayıq.

Regionu yalnız “Simurq” təmsil edir. Bu bölgədə futbolun inkişafı üçün hansı planlarınız var?

- Uzun illər idi ki, Zaqatala bölgəsində futbola maraq azalmışdı, uşaq futbolu tənəzzülə doğru gedirdi. Bu futbol ənənəsi olan bölgəyə yaraşan hal deyildi. Ancaq son illərdə uşaq futboluna qayğı və nəzarəti daha da artırdıq. Bölgədə istedadlı uşaqların üzə çıxarılması yönündə peşəkar addımlar atdıq. Bu il bir neçə dəfə geniş seleksiya xarakterli məşqlər keçirərək, istedadlı uşaqları “Simurq”un aşağı yaş qruplarına cəlb eləmişik. Bununda nəticəsidir ki, geridə qalan mövsümdə əsas və əvəzedici komandalarla bərabər, aşağı yaş qruplarımızda yaxşı nəticələr əldə etdi. Hazırda peşəkar səviyyədə yalnız “Simurq” Şəki-Qax-Zaqatala-Balakən zonasını təmsil edir. Ancaq çox təəssüf ki, bu rayonların əhalisi istənilən kimi komandalarını dəstəkləmir. Xüsusən bu mövsüm uzun fasilədən sonra “Simurq” bu cür nəticə göstərdi, ancaq ilk “altılıq”ın oyunlarında azərkeşlər tribunaları doldurmadı. Komanda udarda-uduzarda. “Simurq” tərəfindən görülən işlərin hamısı azərkeşlər üçün, regionda futbolun inkişafı üçün edilir. Hər kəsdə görür ki, biz ildən-ilə irəliyə doğru addımlayırıq. Onlarda öz növbəsində həqiqətən “Simurq”un azərkeşləridirlərsə bizi dəstəkləməlidirlər, başa düşməlidirlər. Planlarımız böyükdür. Futbolun kütləviliyini artırmaq üçün Zaqatala şəhərində və kəndlərində yeni meydançalar quraşdırıb, onları müasir avadanlıqlarla təhciz edəcəyik. Uşaq futbolunun inkişafı üçün yeni layihə hazırlamışıq. Artıq bu işə start verəcəyik. Regionun böyük kəndlərində futbol seksiyaları yaradacayıq. Burada 14 yaşına qədər olan uşaqlar arasında seçim edib, xüsusi müəllimlərin rəhbərlikləri altında məşqlər keçəcəyik. Daha sonra isə həmin kəndlər arasında yarışlar keçirəcəyik və orada seçilən uşaqlar “Simurq”un aşağı yaş qruplarına qatılacaq. Əminəm ki, bir klub olaraq qazandığımız nəaliyyətlərlə kifayətlənməyəcəyik, daim axtarışda olacayıq və regionda futbolun inkişafı naminə var gücümüzlə xidmət edəcəyik. Bununlada cənab prezident İlham Əliyevin 2005-ci ildə təsdiqlədiyi “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsinə öz töhfəmizi verəcəyik. Klub olaraq məqsədimiz regionda maksimum dərəcədə gənc nəslin nümayəndələrini idmana cəlb edək, Zaqatala və Azərbaycan futboluna yeni istedadlar bəxş edək.  

“Simurq” adında dəyişiklik etdi və bundan sonra Peşəkar İdman Klubu olaraq fəaliyyət göstərəcək. Bununla bağlı hansı işlər görülür?

- Biz bölgədə yalnız futbolun deyil, digər idman növlərinində inkişafında maraqlıyıq. İstəyirik ki, zaqatalalı gənclər asudə vaxtlarını səmərəli keçirmələri və idmanla məşğul olmaları üçün yaradılan şəraitlərdən istifadə etsinlər. Zaqatalada hər cür imkanlara malik olan Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Burada güləş, cüdo, boks, ağır atletika bölmələri artıq açmışıq. İdmançılarımız təcrübəli müəllimlərin rəhbərliyi altında hər gün məşq edir. Onların respublika daxili turnirlərdə, həmçinin beynəlxalq yarışlarda iştirakını təmin edəcəyik. İnanıram ki, bu cür işimizin sayəsində “Simurq” ölkəmizə yeni olimpiya, dünya, avropa çempionları yetişdirəcək. Artıq ilk nəticələrimizidə qazanırıq. Butayeva Elvira cüdo üzrə respublika birincisi olub. Hazırda yığma komandanın düşərgəsindədir. Bu yaxınlarda Polşada keçiriləcək beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək. İdman klubu olaraq gələcəklə bağlı planlarımız böyükdür. Qarşıdakı illərdə bunları həyata keçirməyə çalışacağıq.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail