Etibar Cəbrayıloğlu: “Finalda “Xəzər Lənkəran” “Qarabağ”la oynamalı idi” Müsahibə

24.06.2013 | 5538 dəfə oxunub

Hər il iyulun 22-i Azərbaycanda Mətbuat günü kimi qeyd olunur. Məhz bu gün, amma düz 138 il əvvəl Həsən bəy ZərdabiƏkinçiqəzetinin ilk sayını çapdan buraxıb. Bu gün Həsən bəyin davamçıları az deyil. Onlardan biri Ədalətqəzetinin əməkdaşı Etibar Cəbrayıloğludu. Etibar Azərbaycan mətbuatının müstəqillik dönəmində yetişdirdiyi ən istedadlı jurnalistlərdən biridi. Oxucular onu daha çoxYasamaldan məktublar rubrikası ilə tanıyıblar. Jurnalistlərin bayramına bir ay qalmış daha çox siyasi mətbuatdakı çıxışları ilə tanınan bir neçə yazarın Azərbaycan Dünya futboluna baxışlarını, idman mətbuatı haqda fikirlərini s. öyrənmək istədim. İlk müsahibim elə bayaq adını çəkdiyim şəxsdi.

Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11- Lənkəran şəhərində anadan olub. “Elin səsi”, “Lənkəran”, “Press-fakt”, “Bu gün”, “Yeni Müsavat”, “Yeni yüzil”, “Cümhuriyyət”, “Politika”, “Gün səhərqəzetlərində, “Hesabatjurnalında çalışıb. HazırdaƏdalətqəzetinin yazarıdı. “Avrofutbol.comsaytında köşə yazıları ilə çıxış edir. ABŞ- Azərbaycan Təhsil Şurası Mübadilə Proqramının məzunudur. Publisistik yazılarına görə 2012-ci ildə Jurnalistlər BirliyininHəsən bəy Zərdabimükafatına layiq görülüb.

Ailəlidir. Turan Fatimə adlı iki övladı var.

- Futbol sənin üçün nədir? Əyləncə, yoxsa...

- Əyləncə deməzdim, futbol həyatımın bir hissəsidi. Gözümü açandan futbolla nəfəs almışam. Babamgildə balaca bir televizor var idi. Qonşular hamısı yığışıb futbola bizdə baxırdılar. Mən onlara qoşulurdum. Babam əlimdən tutub o zamanXəzəradlanan komandanın oyunlarına aparardı. Lənkəran futbolunun təxminən 40 illik mənzərəsi bu dəqiqə gözlərimin önündədir. “Xəzərin heyətində Nikolay Smolnikovun, Sergey Kramarenkonun, Aleksandr Jidkovun oyunlarını görmüşəm. SSRİ yığmasına cəlb olunan Revaz Çelebadzenin, MoskvaTorpedosuna dəvət alan Sergey AqaşkovunXəzərə qarşı oyunlarına tamaşa etmişəm.

Xəzərin heyətində həmişə güclü futbolçular olub. Rafiq Səmədov, Fərman İsmayılov, Elxan Əliyev, Əlihüseyn Rəhimov, Daşdəmir Babayev, Talıb İbrahimov, Nadir Vahidov, Hafiz Əliyev, Elşad Rzayev, Mircəlal Əliyev, Elxan Həmidov, Fazil Əsədov, Rövşən İbadullayev, Bəxtiyar Mirsadıqov... Beləcə futbola həvəsim yaranıb.

- Bəs nəyə görə futbolçu olmadın?

- Əslində futbola məşğul olmuşam. İlk məşqçim Lənkəran rusu Saşa Slavaqorodski olub. O vaxt Lənkəranda məktəblilər arasında keçirilən çempionatın qalibi olmuşam. Yeri gəlmişkən, oxuduğum 3 saylı orta məktəbin komandası yarımfinalda oynayırdı. Hesab 1:1 olanda mənə ötürülən topu saxlamadan qapıya vurdum. Top dirəyə dəyəndən sonra qapıdan keçdi biz 2:1 hesabı ilə qələbə qazanaraq finala çıxdıq. Final oyununda da qalib gəlib çempion olduq. İdman müəllimimiz olan məşqçimiz Mirsəyad müəllim təəssüf ki, final oyununda məni meydana buraxmadı.

İnsan gərək həmişə bacardığı işin qulpundan yapışsın, həyatda yerini bilsin. Bir müddət sonra hiss etdim ki, məndən yaxşı futbolçu yox, yaxşı azarkeş çıxar. İkincini seçdim.

Hətta bir günXəzərin heyətində məşq etmişəm. Smolnikov futbolçu kimi karyerasını başa vurduqdan sonraXəzər baş məşqçi işləyirdi. Boş vaxtlarımı futbolçularla birgə keçirdiyimdən Smolnikov məni tanıyırdı. Ondan xahiş etdim bir dəfə komanda ilə birgə məşq etməyimə icazə verdi.

- Hansı mövqedə oynayırdın?

- Boyuma görə müdafiəçi idim. Amma uşaq vaxtı hamı qol vurmaq istəyir. Tez-tez qabağa qaçırdım. Hücumameylli müdafiəçi desəm, daha düz olar.

- Hazırda Azərbaycan çempionatında çıxış edən futbolçuların neçə faizindən özünü yaxşı hesab edirsən?

- Gəlin çox şişirtməyək (gülür). Onlar hamısı yaxşı futbolçulardı, müqayisə eləmək təvazökarlıqdan uzaq olardı.

- İndi necə, futbolla məşğul olursan?

- Çox istəyərdim. Əvvəllər elə sənin iştirak etdiyin jurnalistlər arasında keçirilən bir neçə turnirdə oynamışam. Amma indi buna vaxt yoxdu. Nadir hallarda dost-tanışla bir yerə yığışıb futbol oynayırıq. Ürəyim qalıb futbolun yanında. Bir ayağım stadiona dartır... Vaxt yoxdu.

- Azərbaycan çempionatını vaxtdan mütəmadi izləyirsən? “Xəzər-Lənkəranyaranandan, kiçik qardaşın klubun mətbuat xidmətinə rəhbər təyin olunandan, yoxsa bu daha əvvələ təsadüf edir?

- Lap əvvəldən deməzdim. Düzü, “Xəzər Lənkəranyaranandan daha da həvəslənmişəm. Bir hadisəni danışım. 1992 ya 93- il idi. Lənkəranda çempionatın açılış turunda AFFA prezidenti Fuad Musayev iştirak edirdi. Mən həmin vaxtLənkəranqəzetində redaktor müavini işləyirdim. Stadionda elan verdirdim ki, bu oyunda ilk qolu vuran futbolçuya pul mükafatı veriləcək. Öz adımın çəkilməsini istəmədim. MükafatınLənkəranqəzetinin redaksiyası tərəfindən veriləcəyini bildirdim. “Xəzərin oyunçusu, sonralar özünü istedadlı məşqçi kimi sübut edən Fazil Əsədov həmin oyunda stadionda ilk qolu vurdu. Oyun bitən kimiXəzərin geyinib-soyunma otağına keçib zərfin içərisindəki 500 manat pulu Fazil Əsədova təqdim etdim. Həmin gün komandanın rəhbərliyi Fuad Musayevi Lənkəran mətbəxinə qonaq etdi. Həmin qonaqlıqda mən iştirak edirdim. Fuad müəllim ilk qolu vuran futbolçu üçün mükafatın ayrılmasını yüksək qiymətləndirdi. Elə o vaxtdan Fuad Ənvəroviçlə münasibətimiz yarandı. Aramızdakı qarşılıqlı hörmət bu gün davam edir. Fuad müəllim Azərbaycan futbol üçün çox işlər görüb.

- Ailədə neçə uşaq olmusunuz?

- Üç qardaş, bir bacı olmuşuq. Böyük qardaşım rəhmətə gedib. O da futbolu bilən adam idi. Yenə uşaqlıq dövrünə qayıdacamo vaxtlar hamımızNeftçinin azarkeşi idik. Yadımdadı, böyük qardaşımla hər mövsüm başlayanda 48 vərəq dəftər alırdıq, “Neftçinin bütün oyunlarının statistikalarını həmin dəftərə qeyd edirdik. Kim oynayıb, kim qol vurub, oyunu qədər tamaşaçı izləyib s. Babam da , atam da futbol azarkeşi olublar. Evimizdə xeyli futbol haqda maraqlı kitablar var idi. Bir sözlə azarkeş ailəsində böyümüşəm.

- Hüseynlə aranızda yaş fərqi böyükdü?

- 8 yaş. Hüseyn sonbeşiyimizdi.

- Onda, yəqin ki, ərköyün böyüyüb?

- Yox, yox. Qardaşım olduğuna görə demirəm, Hüseyn ədəb-ərkanlı, böyük-kiçik yeri bilən adamdı. Bir qədər ağırtəbiətlidi.

- Səndən tez-tez məsləhət istəyir?

- Arada olur. Onun mətbuata gəlişində mənim heç bir rolum olmayıb. Bir gördüm ki, artıqFutbol+”ə yazılar yazır. Elə köşə yazıları olub ki, çox xoşuma gəlib. Birinci mən zəng eləyib təbrik etmişəm. Təbii ki, həm fəxr etmişəm ki, belə qardaşım var.

- “Xəzər-Lənkəranın son illər zəif çıxışının səbəblərini nədə görürsən?

- Tez-tez məşqçi dəyişikliyində qismən işin düzgün qurulmamasında. Yəqin ki, müvəqqətidi. Bu il 10 yaşı tamam olur. Çox istərdik ki, uğursuz çıxışlar çempionluqla əvəzlənsin. Çempion olmasa da... Lənkəran azarkeşləri futbolu bilən azarkeşlərdi. Yaxşı oyuna görə hər bir günahı bağışlaya bilirlər.

- Səncə kubokun finalındakı dava-dalaşda günah kimdə idi – “Neftçi, “Xəzər Lənkəranda, yoxsa PFL-?

- PFL- günah görmürəm. Finalı çox gözəl təşkil eləmişdilər. Günahı nominal meydan sahibi olanNeftçi görürəm. Rəhbərlik bu hadisələrin böyüməsinin qarşısını vaxtında ala bilərdi, dava-dalaşsız da keçinmək olardı. Finaldan sonra bir yazı yazmaq istəyirdim. İmkan eləyə bilmədim. Həmin yazı bir cümlə üzərində qurulacaqdıfinaldaXəzər Lənkəran” “Qarabağla oynamalı idi. Vəssalam. YarımfinaldakıQarabağ” – “Neftçiqarşılaşmasında hakimin bilərəkdən verdiyi səhv penalti qərarı ağdamlıları finaldan kənarda qoydu

- Belə çıxır ki, “Neftçikuboku hakimlərin köməyi ilə qazandı.

- Yarımfinalda . Amma finalda təmiz hakimlik oldu. Ümumiyyətlə, son illər hamı gördü ki, hakimlərNeftçinin çempion olması üçün hansı hoqqalardan çıxdılar. Bu mövsümü çıxmaq şərtilə, “Neftçinin əvvəlki 2 çempionluğuna şübhə ilə yanaşıram.

- Azərbaycanda başqa hansı komandaya simpatiyan var?

- Vaqif Sadıqovun AZAL-ına. Vaqif müəllim həm yaxşı məşqçi, həm gözəl insandı. Çox istərdim ki, onun başçılıq etdiyi komanda həmişə yaxşı nəticələr qazansın, çoxlu azarkeşi olsun.

- Birdən Vaqif müəllimi bir neçə il əvvəl olduğu kimi əzəli rəqibNeftçi baş məşqçi gətirdilər. Yenə fikrində qalacaqsınız?

- Aha... Onda, yəqin ki fikirlərimdə korrekturalar eləməli olacam.

- Səncə AFFA-da rəhbərlik dəyişəndən sonra futbolumuz irəli gedib, yoxsa geri sayıb?

- Deyəsən məni provakasiyaya çəkirsən. İrəli getməkdən danışmaq yersizdi. Bunu statistikaya nəzər salsaq, aydın görərik. Geridə qalan illər ərzində düz-əməlli bir yığma düzəldə, azarkeşləri stadiona gətirə bildik. Bizdə futbola baxış kökündən dəyişməlidi. Klub rəhbərləri futbola biznes kimi baxmalıdılar, futbola yanaşma peşəkar olmalıdı. vaxta kimi tapşırıqlaxahişlə komanda saxlanılacaq?

- Sənlik olsa, futbolumuzdan kimləri nələri birdəfəlik silib atardın?

- Real olmayan məsələdi. Amma cavabdeh mən olsam, futbolu bilən adamlarla qurardım. Belələri ilə çalışanda özün onlardan nəsə öyrənə bilərsən. Futbol təsərrüfatına futboldan anlayışı olan adamlar rəhbərlik eləməlidilər. Təəssüf ki, Azərbaycanda belələri azdı.

Məni futbolumuzda qane etməyən bir neçə nüans var. Necə ola bilər ki, bir təşkilat bir neçə komandanın sponsoru olur? Özləri çempionat keçirirlər, həm birincilikdə çıxış edən klublara maliyyə yardımı göstərirlər. Futbolumuzda təmiz rəqabət yoxdu, şəffaflaq yoxdu. AFFA iləNeftçieyni yerdən maliyyələşir. Bundan başqa AFFASumqayıt”, “Turankimi klubların himayəçisi kimi tanınır. Bunlar hamısı faktdı mətbuatda da bu haqda xeyli yazılar gedib. Bu təqdirdə, futbolun inkişafından danışmaq dərəcədə düzgündü?

- Bildiyimə görə, millinin sonuncu oyununa baxa bilməmisən...

- Heç təəssüflənmirəm . Elə oyuna baxmaqdansa, baxmamaq yaxşı idi.

- Berti Foqts haqda fikirlərini bilmək maraqlı olardı...

- Berti Foqts tanınmış simadı. Onun kimisinin yığmaya gətirilməsi yaxşı hal idi. Amma faydasını görmədik. Ümid edirdik ki, millimizə xeyiri dəyəcək. Ancaq əksini gördük. 90 dəqiqə müdafiədə oturan komanda nəyimizə lazımdı?

- Öz mütəxəssislərimiz dura-dura əcnəbi məşqçilərin Azərbaycana axınının arxasında səncə nələr dayanır?

- Ola bilsin ki, reklam, Azərbaycanı tanıtmaq dayanır. Birbaşa hökm vermək olmaz ki, bütün klublarda yerli məşqçilər işləsin. Əcnəbilər olmalıdı. Amma bu qədər yox. Bizim o qədər səviyyəli məşqçilərimiz var ki. Onlara etibar etmək, vaxt vermək lazımdı. Çox istərdim ki. Ağasəlim müəllim yığmanın baş məşqçisi olsun.

- Səncə, Toşakın Azərbaycan futboluna xeyri dəyəcəkmi?

- Toşak zamanında öz sözünü demiş mütəxəssisdi. Toşak komandaya elə bir vaxtda gəldi ki, çempionatda komandaya nəticə qazandıra bilməzdi. Amma bu müddətdə azından yerli mühitlə tanış olmaq imkanı əldə etdi. Ötən mövsümün ikinci yarısındakı nəticələri ona bağışlamaq olar. Nəyə qadir olduğunu yeni mövsüm görəcəyik. Həm komanda Avroliqada çıxış edəcək. Düşünürəm ki, Foqtsdan fərqli olaraq, üzərinə düşən işin öhdəsindən gələ biləcək. Toşakın məşq prosesini dəfələrlə izləmişəm. Necə tələbkar, peşəkar bir məşqçi olduğunun şahidi olmuşam. İstərdim ki, uzun müddət Lənkəranda işləsin, uğurlar qazansın. Buna inanıram da.

- İmkanınız olsa, hansı yerli futbolçunuXəzər Lənkərana gətirərdin?

- Rəşad Sadıqovu. Onun oyununu həmQarabağda, həm yığmanın heyətində dəfələrlə müşahidə eləmişəm. Çox soyuqqanlı, təcrübəli futbolçudu. Həm avtoritetdi. Komanda yoldaşları onun fikri ilə hesablaşır. Şəxsi tanışlığımız olmasa da bilirəm ki, həm yaxşı insani keyfiyyətlərə malikdi.

- BəsXəzər Lənkərandan kimləri qovardın?

- Düzü, heç kimi. Amma bəzi futbolçuların meydanda bir qədər diqqətli olmalarını istərdim. Məsələn, Elnur Allahverdiyev. Dəliqanlıdı, hərdən komandanı pis vəziyyətdə qoyur. Amma çox istedadlı, etibarlı müdafiəçidi. İstərdim ki, onun adaşı Elnur Abdullayev əvvəlki səviyyəsində olsun, yığmaya çağırılsın. Son zamanlar bir qədəraxsayır”.

- Klublarımızdan Avrokuboklarda hansı nəticəni gözləyirsən?

- İstərdik ki, daha yaxşı nəticələr göstərsinlər. Son illər həmQarabağ”, həm Neftçisübut elədi ki, Avropada uğur qazanmağın vaxtı çoxdan yetişib.

- “Xəzər Lənkəranın Avrokubokdakı oyunlarını stadiondan izləyəcəksən?

- Təbii ki.

- Səfər oyunlarını necə?

- Xarici ölkələrə getməyi, səfərlərdə olmağı xoşlayıram. Bir neçə mərhələ adlasınlar, sonrasına baxarıq. Birinci mərhələdə rəqiblər bir qədər zəif olur, ləzzət eləmir. Qoy, güclü komandalar düşsün. Onda getməyə dəyər.

- Bəlkə, Hüseynə görə getmək istəmirsən? Deyəcəklər ki, kluba gələn kimi qardaşını xaricə apardı.

- Düz deyirsən. Bu amil bir qədər qarşımı kəsir. Əslində, səfərə hər evdən bir nəfər getsə yaxşıdı.

- Keçək xarici futbola. Hansı klubun azarkeşisən?

- “Qalatasarayın. Fatih Terim gələndən sonra axır ki, komanda əvvəlki əzəmətini geri qaytara bildi. “Barselonanın oyunlarını da həmişə izləməyə çalışmışam.

- Bəs hansı futbolçunu bəyənirsən? Messidən başqa.

- Messini hesaba almasaq, onda gərək ümumiyyətlə futboldan danışmayaq. Elə ulduz futbolçular var ki, yanından keçən kimi yerə yıxılır. Messi isə həmişə ayaq üstə qalmağı bacaran birisidi. Güclü xarakterə malikdi. Dahilərdən biri deyib ki, Motsartın musiqisinə qulaq asanda Allahın varlığına bir daha əmin oluram. Çünki Allah vergisi olmadan adi insan belə əsərlər yarada bilməz. Məncə bu fikri Messi barədə demək olarMessidən başqa, son dövrlər Luka Modriç Anhel di Mariyanın oyunlarından xüsusi zövq alıram.

- Deyirlər ki, Messi vergidən yayındığına görə həbs oluna bilər.

- Bunlar Ronaldonun işidi. Bilən kimi, polisə xəbər verib. Messini dayandırmağın başqa yolu yoxdu. Bəlkə Messini həbs eləyələr ki, Ronaldo da günə çıxa. Kriştianodan şübhələnirəm.

- Səncə Konfederasiyalar Kubokunu kim qazanacaq?

- Məncə Braziliya. Görəsən, heç olmasa bu dəfə İspaniyanı məğlub edən tapılacaqmı? Deyəsən, gələn ilki Dünya çempionatında əməlli-başlı problemlərlə üzləşəcəyik. Oyunlar çox gec başlayacaq. Gecə 3- futbol olar?

- “Yasamaldan məktublarniyə gəlmir? Problem poçtalyonla bağlıdı?

- İnternet çıxandan sonra poçtalyonlara etibar qalmayıb (gülür). Həyatda heç daimi deyil. O cümlədən rubrikalar da. Leonid Yakuboviçin proyektlərini çıxmaq şərtilə. Davam etdirsəydim, bəlkə oxunaqlı olmazdı, əvvəlki hörmətini xərcləyərdi. Düşünürəm ki, vaxtında dayandım. Həm Yasamaldan məktubları hazırda dərc etdirməyə elə bir mətbu orqan görmürəmBu barədə mənə tez-tez sual verirlər. Bəziləri günahı məndə görürlər. Amma mənlik bir şey yoxdu. Əvvəllər bu rubrikaya ürəklə yer ayıran qəzetlər var idi... İndi isə elələri var ki, sənin imzandan istifadə edib nəsə qazanmaq istəyirlər. Uşaq deyiləm ki kimsə imzamdan istifadə eləsin, mənsə kənarda qalım.

- Avrofutbol.az saytında köşə yaxıların dərc olunur. Yaxşı qonorar verirlər?

- Həmin saytın işçisi Elmidarın qardaşı Vəfadarla yaxın dostam. İstədim ki, həmin sayta nəsə bir köməyim dəysin. Arada yazılar verirəm. Amma heç bir qonorardan söhbət gedə bilməz.

- İdman mətbuatının hazırki durumu səni qane edirmi?

- Birmənalı cavab verə bilməyəcəm. Siyasi mətbuatdan fərqli olaraq, idman mətbuatında həmrəylik var. Arada maraqlı mövzular, sensasiya doğura biləcək materiallar dərc olunur. Son illər idman mətbuatında irəliləyişlər nəzərə çarpır. İstərdim ki, bu sahədə bir qədər tərəfkeşlik az olsun. Daha obyektiv olsunlar.

- Səncə tərəfkeşlik nədən irəli gədir?

- Konkret olaraq, Azərbaycandakı reallıqdan.

- Hansı idman saytlarını, qəzetləri yazarları izləyirsən?

- Qəzet olaraq neçə ildi ki, ancaqFutbol+”i izləyirəm. Jurnalistlərə gəlincə isə Mahir Rüstəmlinin yazılarından zövq alıram. Onunla bir müddət birgə çalışmışıq. İstedadlı yaxşı insandı. Mahir bu sahəyə siyasi mətbuatdan gəlib sübut edə bildi ki, uzun illər sahə qəzeti, idman qəzeti çıxarmaq olar. Onun əldə etdiyi bütün uğurlara ürəkdən sevinirəm. Çünki, Mahir buna layiqdi. Ondan başqa Natiq Muxtarlı Mirağanın yazılarını izləməyə çalışıram. Saytlara gəlincə gündəlik olaraq, bir neçə sayta baxıram.

- Bəs kimlərin imzasını görəndə tez başqa səhifəyə keçirsən?

- Gəl, boş yerə vaxt itirməyək. Sabaha kimi burada oturmaq istəyirsən? O qədərdi ki.

- Qəzet oxumaq daha xoşdu, yoxsa saytları izləmək?

- Mən köhnə sovet adamıyam. Qəzetin tamam başqa ovqatı var. Səhifəsini çevirmək, barmağının qəzetin rənginə bulaşması özü insana xüsusi zövq verir. İri həcmli materialları heç vaxt saytlarda oxumuram. Amma qəzetdə bu tip yazıları oxumaq xoşdu.

- əcəb oğlun Turan futbolçu olmayıb?

- Həvəsi olmayıb. Amma yaxşı azarkeşdi. YaxınlardaBosmanfan-klubuna üzv yazdıracağıma söz vermişəm.

Söhbətləşdi: İlqar TAĞIYEV, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail