"İnter" Finlandiya çempionatının dördüncüsü ilə görüşəcək

24.06.2013 | 3281 dəfə oxunub

Ölkə çempionatının bürünc mükafatçısı "İnter" Avroliqanın ilkin təsnifat mərhələsində Finlandiyanın "Mariehamn" klubu ilə qarşılaşacaq. Stadium.az xəbər verir ki, Finlandiyanın eyniadlı şəhərini təmsil edən komandanın əsası 1919-cu ildə qoyulub. Komanda ev oyunlarını 4 min tamaşaçı tutumuna malik olan "Viklof Holdinq" stadionunda keçirir. Klubun prezidenti Mikael Qranskoq, baş məşqçisi isə Pekka Lyuyuskidir. Ötən mövsüm ölkə çempionatında dördüncü olan "Mariehamn" hazırda 14 turdan sonra beşinci pillədə qərarlaşıb. Cari mövsüm komanda keçirdiyi 14 oyunun 6-da qalib gələn "İnter"in rəqibi 3 dəfə heç-heçə edib və 5 dəfə yenilib. Vurduğu 22 qolun arşılığında öz qapısında 21 qol görüb. Komanda son oyununu iyunun 19-da "KuPS Kuopio"ya qarşı keçirib. Rəqibini öz meydanında qəbul edən "Mariehamn" 4:2 hesabı ilə qalib gəlib. Komandanın qollarına Braty (2 dəfə), Östlind və Orgill imza atıblar.

Qeyd edək ki, "İnter"in rəqibi ev oyunları zamanı ağ-yaşıl, səfər matçlarında isə sarı rəngli formadan istifadə edir.

2004-cü ildən Finlandiyanın yüksək liqasına vəsiqə qazanan komanda bu il avrokuboklarda debüt edəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail