"Simurq" Mİngəçevirdə toplaşır

25.06.2013 | 4290 dəfə oxunub

Geridə qalan mövsüm əvəzedici heyətlərin ölkə birinciliyini gümüş medallarla tamamlayan "Simurq" bu gündən etibarən hazırlıqlara başlayacaq. Stadium.az xəbər verir ki, Mingəçevirdə bir araya gələcək komanda burada üç günlük seleksiya işlərindən sonra, iyulun 3-dən Qaxda təlim-məşq toplanışına start verəcək. İki həftəlik hazırlıqlardan sonra "sarı-qaralar" Gürcüstana yollanacaq. Bir həftədə qonşu ölkədə təlim-məşq toplanışı keçəcək komanda, burada bir neçə yoldaşlıq görüşlərində gücünü sınaqdan keçirəcək. 

Qeyd edək ki, əvəzedici heyət Mingəçevirdəki məşqləri şəhər stadionunda keçirəcək. Burada əsasən heyəti formalaşdırmağa çalışacaq komanda, baxış üçün dəvət olunmuş gənc futbolçular arasında seçim edəcək. Məşqçilər korpusunun inamını qazanmış oyunçularla rəsmi müqavilələr bağlanacaq. 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail