"Rəvan"da sloveniyalı müdafiəçi

25.06.2013 | 4739 dəfə oxunub

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Rəvan" klubu ilk legionerini baxışa dəvət edib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, "Maribor”un müdafiəçisi Yovan Vidoviçdir.

24 yaşlı arxa xətt oyunlçusu 1989-cu ildə yanvarın 6-da Lyublyanada anadan olub. Futbola 1998-ci ildə "Şmartno”da başlayan Vidoviç 2002-ci ildə Dalibor Stoyanoviçlə birlikdə "Slovan”a yollanıb. Burda vitse-çempion olan müdafiəçinin komandası yalnız "Maribor”dan geri qalıb.

"Slovan”da çıxış edərkən, yoldaşları bədən ölçüləri həddən artıq böyük olan futbolçuya "Duqi” ləqəbini veriblər. Lakin Vidoviç "Slovan”da cəmi 1 il qalıb və 2005-də "Domjale”yə tranfser olunub. Burda 1 il aşağı yaş qruplarından ibarət komandada oynadıqdan sonra əsas komandaya cəlb olunmağa başlayıb. Daha 5 il bu klubda çıxış edən oyunçu meydana çıxdığı 54 oyunda 2 dəfə fərqlənib. 2011-ci ildə isə "Maribor”la anlaşıb və 4 illik müqaviləyə imza atıb.

Son iki ili Sloveniyanın ən məşhur klubunda keçirən Vidoviç 28 oyunda 2 qol vurub. Bir ara Slovaniyanın gənclər yığmasının da şərəfini qorumuş Yovanın başa çatan mövsumdə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan "Maribor"un əksər görüşlərində özünü yaxşı tərəfdən göstərdiyini də xüsusi qeyd etməliyik.

Artıq "Duqi" ləqəbli müdafiəçi "Rəvan"da ilk məşqinə də çıxıb. Bugünkü səhər məşqində iştirak edən Vidoviç hələ bir neçə gün sınanılacaq. Onunla bağlı yekun qərarı baş məşqçi Ramil Əliyev verəcək.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail