Toşak Maltada mətbuat konfransı keçirəcək

30.06.2013 | 2909 dəfə oxunub

İyun ayının 20-dən etibarən Almaniyanın Bad Göqqinq qəsəbəsində yay təlim məşq toplanışına start verən “Xəzər Lənkəran” bu gün hazırlığını səhər məşqi ilə tamamlayıb. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda gecə saatlarında Almaniyanı tərk edərək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Slima” - “Xəzər Lənkəran” matçı ilə əlaqədar Bakı vaxtı ilə 08.50-də Münhen-Luqa aviareysi ilə Maltaya yola düşəcək. Luqa hava limanında 12.10-da (yerli vaxtla 08.10) olacaq “Xəzər Lənkəran” buradan yerləşəcəyi “The Palace Malta” otelinə gedərək istirahətə çəkiləcək. İyul ayının 1-də, matçın keçiriləcəyi saatda, yerli vaxtla saat 18.45-də “Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxacaq. Məşqdən yarım saat öncə isə baş məşqçi Con Bencamin Toşakın KİV nümayəndələri üçün mətbuat konfransı planlaşdırılır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail