Georgi Nikolov PFL-ə söz atdı

01.07.2013 | 7535 dəfə oxunub

"İnter"in prezidenti Georgi Nikolov klubun saytında növbəti bloqunu yazıb. Stadium.az xəbər verir ki, klub rəsmisi bu dəfə PFL-ə söz atıb. Nikolovun "Conun qızıl topları" başlıqlı həmin yazısını təqdim edirik:

"Bir müddət əvvəl hörmətli cənab Toşakın fikirlərini oxudum. O bildirib ki, PFL hər oyun üçün komandalara yeni toplar verməlidir. Prinsipcə hər şey düzgündür. Toşak kimi peşəkarı da anlayıram, bu, oyunun keyfiyyətini daha da artıracaq. Təbii ki, bu həm də topların istehsal olunduğu Pakistanın, Vyetnamın iqtisadiyyatı baxımından da yaxşı olacaq.

Bəlkə də bilmirsiz, peşəkar tennisdə toplar hətta oyunun gedişində bir neçə dəfə dəyişir. İlk əvəzetmə 9 geymdən sonra baş tutur. Daha sonra isə hər 7 geymdən bir. Heç kim də gileylənmir.

Məsələ bunda deyil. Tutaq ki, hər oyun üçün 10 top lazımdı. Hər topa isə 100 manat dəyərindədi. Burdan aydın olur ki, hər matç üçün bu "əməliyyat" 1000 manata başa gəlir. Gəlin, bütün çempionat üçün balansı hesablayaq - 36 oyun х 10 komanda х 10 top х 100 manat = 360 000 manat! Bura kubok oyunları və məşqlər zamanı istifadə olunacaq topları da əlavə etsək, məbləğ 400 000 manata qədər artır. Buna heç şübhə də etməyin.

Həqiqətəndə Toşak düşünür ki, PFL bütün bunları klublar üçün havayı edəcək? Mən inanmıram. Bütün bu peşəkar rahatlıq klubların büdcəsinə öz təsirini göstərəcək.


Uzun sözün qısası, toplar qızıl dəyərindədir". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail