Çixradze: "Məğlub olmaq istəməzdik"

02.07.2013 | 4400 dəfə oxunub

Türkiyədə yeni mövsümə hazırlıqlarını davam etdirən “Simurq” qardaş ölkədəki ilk yoxlama görüşünü “Spartak-Nalçik”lə keçirdi. Stadium.az xəbər verir ki, qarşılaşmadan sonra komandanın baş məşqçisi Georgi Çixradze oyun və yetirmələrinin hazırlıq durumu haqqında fikirlərini klubun rəsmi saytına bildirib: “Bir həftədir burdayıq. İntensiv olaraq məşqlərimizi davam etdiririk. Birinci oyunumuz idi. Əlbəttə, məğlub olmaq istəməzdik. İlk hissədə rəqibə daha yaxşı müqavimət göstərdik. Futbolçularım bunun öhdəsindən layiqincə gələ bildi. Ancaq fasilədən sonra yorğunluq öz sözün dedi. Çünki bizdə heyət baxımdan çatışmamazlıqlar var. Hazırda bununla bağlı işlərimizidə davam etdiririk. Rəqibimiz isə artıq hazırlıqlarını tamamlayıb. Sabahdan ölkələrinə qayıdırlar və demək olar ki, tam çempionata hazır komandadır. “Spartak-Nalçik” bizim üçün çox yaxşı rəqib idi. Çünkü komandamın hazırkı hazırlıq durumunu daha real görə bildim. Ancaq heçnəyə baxmayaraq ilk hissədəki oyundan razıyam. Düşünürəm ki, qarşıda bizim hələdə vaxtımız var. Çatışmamazlıqları aradan qaldıra biləcəyik”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail