Komanda yoldaşları Sapelanı alqışladı

03.07.2013 | 3771 dəfə oxunub

"Rəvan” yeni mövsümün hazırlığını davam etdirir. Stadium.az xəbər verir ki, komanda bazar ertəsi baş tutan bərpaedici hazırlıqdan sonra yenidən "gücləndirilmiş rejimə” keçib. Gündə 2 dəfə məşq edən futbolçular hazırlığın birinci mərhələsində olduqca istəkli görünür. "Bayıl Arena”da baş tutan bugünkü səhər məşqi də bu baxımdan istisna olmayıb.

Baş məşqçi Ramil Əliyev axşam məşqinin trenajor-zalda olacağını nəzərə alıb hazırlığı taktiki-texniki çalışmalar üzərində qurub. Belədə futbolçular da toplu çalışmalarla "yüklənib”. Dar sahədə pressinq tətbiq etmək, bu pressinqdən çıxmaq üzərində işləyən oyunçular ənənəvi "kvadrat” üzrə də çalışıb. Təxminən saat yarım çəkən məşqin sonunda komanda üzvləri cinah asmaları və onların qapanması, eləcə də qapıya zərbələr üzərində işləyib.

Məşqin daha bir özəlliyi onda olub ki, “Rəvan”ın legionerləri tam heyətlə ilk dəfə meydana çıxıb. Belə ki, polşalı qapıçı Lukaş Sapela artıq Bakıdadır. Səhər saatlarında paytaxtımıza dönən qolkiper yüksək peşəkarlıq nümayiş etdirərək özünü səhər məşqinə çatdırıb. Komanda üzvlərinin Lukaşın bu addımını alqışla qarşılaması da diqqət çəkib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail